Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Rusiyada azərbaycanlı avtoritetlərin “sxodkası”na basqın
Rusiyada azərbaycanlı avtoritetlərin “sxodkası”na basqın
31 Mart 2016 / 12:18 / Baxış sayı: 572
Font1 Font2 Font3 Font4

Ağayar adlı avtoritet yoldaşlarını yubiley adı altında kafeyə toplayıb

Bu gecə Rusiyanın Yekaterinburq şəhərində kriminal avtoritet olan təxminən 200-ə yaxın azərbaycanlı saxlanılıb. Əməliyyat axtarış tədbirləri Rusiya Federasiyasının federal təhlükəsizlik xidmətinin iştirakı ilə Uralmaş rayonunda yerləşən kafelərdən birində keçirilib. 

“Rusiyada azərbaycanlı avtoritetlər saxlanılıb”

Polis nümayəndələrindən əldə olunan məlumatlara görə, Ağayar adlı şəxs özünə yubiley keçirmək adı altında insanları kafeyə toplayıb. Ağayarın dəvətini Pervauraskdan Əli, Xantı-Mansıskdan Cumanşir, Kamışlovdan Vaqif və Permdən bir neçə başqa avtoritet qəbul edib. Kriminal “sxodkada” o, özünü Azərbaycan diasporuna baxacaq kimi təqdim etməyə hazırlaşıbmış.

Rusiya DİN Baş İdarəsinin mətbuat xidmətinin rəhbəri Valeri Qorelixin verdiyi məlumata əsasən, kafedə xüsusi əməliyyat keçirilən zaman oradan narkotik maddə, bıçaq, həmçinin dəyənək aşkar olunaraq götürülüb.

Polislərdən başqa hadisə yerinə Rusiya Federasiyasının federal təhlükəsizlik xidmətinin əməkdaşları da cəlb olunub. Məlum olub ki, bu, son illər ərzində həyata keçirdikləri ən böyük əməliyyatlardan biri olub.

Məlumatlara görə, saxlanılanların hamısı DİN-in mütəşəkkil cinayətkarlıqla mübarizə idarəsinə gətiriliblər. Bölməyə Azərbaycan konsulluğunun əməkdaşları da gəliblər.  Azərbaycan diaspor nümayəndələrinin sözlərinə görə, saxlanılan şəxslərin başqa cinayət işlərində də iştirak edib-etməmələri araşdırılıb.

Yekaterinburqda əməliyyat

Yekaterinburqda əməliyyat
arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə