Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Ölkələrimiz arasında ortaq maraqlar var” – İlham Əliyevlə Kerridən birgə açıqlamalar 
“Ölkələrimiz arasında ortaq maraqlar var” – İlham Əliyevlə Kerridən birgə açıqlamalar 
31 Mart 2016 / 12:28 / Baxış sayı: 304
Font1 Font2 Font3 Font4

ABŞ Dövlət Katibi Con Kerri Vaşinqtonda Prezident İlham Əliyevlə görüşüb

Görüş əsnasında onlar bəyanatla çıxış ediblər. “Mən Prezident Əliyevi Dövlət Departamentində qarşılamaqdan məmnunam,” – deyə Kerri bildirib. “Bizim ölkələrimiz arasında ortaq maraqlar var. Biz Azərbaycana Əfqanıstandakı sülhməramlı missiyaya verdiyi töhfələrə görə minnətdarıq.” 

Azərbaycanın mürəkkəb regionda yerləşdyini önə çəkən Kerri prezident Əliyevə Cənub Qaz Dəhlizi layihəsində sərgilədiyi liderliyə görə təşəkkür etdi. ABŞ rəsmisi bu dəhlizin Avropanın enerji təchizatında önəmli rol oynadığını bildiridi.

“Bizim başqa maraqlarımızı da var – əks-terrroizm. Habelə biz Dağlıq Qarabağ dondurulmuş münaqişəsinin həll olunmasını görmək istəyirik – bu, danışıqlar yolu ilə həll olunmalıdır.”

Öz növbəsində çıxış edən Prezident İlham ƏIliyev Vaşinqtona dəvətə görə president Barak Obamaya təşəkkürünü bildirdi və ölkələr arasında yaxın və mehriban münasibətlər olduğunu vurğuladı: “Bizim aramızdakı iqtisadi əməkdaşlıq inkişaf edir. ABŞ şirkətləri Azərbaycanda $10 milyarddan çox investisisya qoyublar.”

Daha sonra Prezident Əliyev ortaq enerji layihələri və Cənub Qaz Dəhlizinin inşası haqda danışdı: “Biz ABŞ hökumətinin Azərbaycanla Ermənistan arasında uzun münaqişənin həllində göstərdiyi səylərə görə minnətdarıq. Biz hesab edirik ki, bu konflikt erməni qüvvələrininin ərazilərimizdən dərhal və qeyd şərtsiz çıxarılmasını tələb edən BMT qətnamələri əsasında həll edilməlidir.”

Azərbaycanın 100-ə yaxın sülhməramlı əsgərinin Əgqanıstanda xidmət etdiyini önə çəkən İlham Əliyev Azərbaycanla ABŞ arasında bir sıra sahələrdə əməkdaşlıq olduğunu qeyd etdi.  Prezident İlham Əliyev bu həftə Vaşinqtonda keçirilən nüvə sammitində iştirak etmək üçün Birləşmiş Ştatlarda səfərdədir.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə