Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Tələbələrin təqaüdləri niyə verilmir? – Universitetdən açıqlama
Tələbələrin təqaüdləri niyə verilmir? – Universitetdən açıqlama
31 Mart 2016 / 12:30 / Baxış sayı: 680
Font1 Font2 Font3 Font4

Bakı Dövlət Universitetinin tələbələri 2 aydan çoxdur ki, təqaüdlərini ala bilmirlər

Bu barədə universitetin jurnalistika fakültəsinin 4-cü kurs tələbəsi Fidan Həsənzadə sosial şəbəkələrdə məlumat yayıb: “Beynəlxaq Bankda, BDU-da 17 min tələbənin təqaüdünü 2 aydan çoxdur ki, hesablayıb bitirə bilmirlər. O bankdakıları qoyaq bir qırağa, universitetdə o boyda tətbiqi riyaziyyat fakültəsinin müəllimləri, tələbələri, elmi işçiləri var. Mart sabah bitir, amma biz hələ fevral ayının 55 manatlıq təqaüdünü ala bilməmişik”.

Fidan Həsənzadə Tələbələrin təqaüdləri niyə verilmir?

Məsələylə bağlı universitetin rektorunun maliyyə məsələləri üzrə müşaviri Məzahir Sultanovla əlaqə saxladıq. Müşavir bildirib ki, təqaüdlərin gecikdirilməsi onlardan asılı bir məsələ deyil. O, səbəb kimi ödənişli oxuyan tələbələrin təqaüd kartlarnın hazırlandığını göstərib:

“Bildiyimiz kimi, Nazirlər Kabineti tərəfindən fevral ayında ödənişli əsaslarla oxuyan tələbələrə təqaüd ayrılması ilə bağlı qərar verilib. Tələbələrin təqaüdləri niyə verilmir?

Bu qərarı ödənişli və dövlət sifarişli tələbələrə uyğunlaşdırmağa çalışırıq. Artıq bütün əmrlər verilib, texniki məsələlər qalıb.

Ödənişli tələbələrə yenidən kart hazırlanır, yeni sistem, proqram təminatı-bunların hamısı vaxt aparan şeydir. Fevral, mart aylarında baş verən ləngimələr də bu səbəbdəndir və bizdən asılı deyil. Yəqin ki, yaxın 10 gün ərzində təqaüdlər kartlara köçürüləcək. Birinci, dövlət sifarişli tələbələr təqaüdlərini alacaq, daha sonra ödənişli oxuyanlar.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə