Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Prezidentin keçdiyi yoldan 10 metr kənardakı biabırçı küçə – ŞAGAN QƏSƏBƏSİNDƏ – FOTOLAR –
Prezidentin keçdiyi yoldan 10 metr kənardakı biabırçı küçə – ŞAGAN QƏSƏBƏSİNDƏ – FOTOLAR –
31 Mart 2016 / 13:01 / Baxış sayı: 450
Font1 Font2 Font3 Font4

Xəzər rayonu Şağan qəsəbəsi Təzə Sahə massivinin sakinləri son çıxış yolunu ölkə prezidentinə müraciət etməkdə görüblər. Məsələ burasındadır ki, massiv sakinlərinin uzun müddətdən bəri etdikləri müraciətlər həm rayon, həm də qəsəbə rəhbərliyi tərəfindən qulaqardına vurulur.

Nəticə isə göz qabağındadır. Bakının yağışlı günlərində bu ərazinin dözülməz vəziyyətini əks etdirən fotolar hər şeydən xəbər versə də,  hətta bu faktları belə susqunluqla izləyən dövlət məmurları, vəzifəli şəxslər, seçkili orqanlar var. Hansı kı, onların ümdə vəzifəsi xalqa xidmət etmək olmalıdır. Hər halda ölkə başçısı bunu təkrar-təkrar onlara xatırladır.

arxiv.bizimxeber.az-ən məlumatına görə, Mərdəkan -Bilgəh yolunun 10 metrliyində yerləşən bu massivin sakinləri dəfələrlə Xəzər rayon icra başçısı Gülaga Aslanova və bələdiyyə sədrinə müraciət etsə də, qarşı tərəf tədbir görmək bir tərəfə, hətta cavab verməyi belə özünə rəva görməyib. “Bu vəziyyətin sadəcə bir adı var: “biabırçılıq”-, deyə sakinlər bildirir. Ancaq sakinlərin sözləri ilə yeni bələdiyyə sədri Nərminə Əlieyevanın hesabatları tərs mütənasibdir. Bələdiyə sədri qəsəbə daxilində hər şeyin qaydasında olduğunu bildirir və söylədiklərini hesabatlara salaraq hətta sənədləşdirir. Əgər sənədlərə inansaq, ərazidə həftədə 3 dəfə zibillər təmizlənir. Sənədin bu yeri isə nəinki həqiqət deyil, əksinə gülünc vəziyyətin etirafıdır. Çünki massivdə ümumiyyətlə zibil qutuları yoxdur. Zibil qutusu olmayan kücənin zibillərini təmizləyib hara atdıqlarına dair də bir açıqlama verilsəydi sənəd tam olardı. Yaxud həftənin zibil təmzilənməyən digər 4 günündə sakinlər zibilləri nə edir, hara tullayır? Bu suallara cavab yoxdur. Nəinki sənəddə, eləcə də həyatda.

Qəsəbə sakinləri yeni bələdiyyə sədrini tanımadıqlarını deyir, yolla bağlı şikayətləri çox olsa da, tələbləri o qədər də yüksək deyil. Ölkədə inkişafın bütün sahələri əhatə etdiyinə dair məlumatların səsləndirildiyi bir zamanda ən azından yolların keçilməzliyini aradan qaldırmaq üçün bir neçə maşın qumu rəva görmək olardı. Xüsusən də qışdan çıxan yolların yaz yağışlarına davamlı olmayacağını əvvəlcədən bilərək vaxtında tədbir görmək mümkün idi.

Əlaqədar qurumların öz vəzifələrinin öhdəsindən gəlmədiyini görən sakinlər vəziyyətdən öz imkanları ilə çıxmağa cəhd edirlər, lakin bu, problemin birdəflik həlli yolu deyil. Dəfələrlə yol problemini həll ediləcəyinə söz verən bələdiyyə sədri ən azından vəziyyətlə yaxından tanış olmaq üçün əraziyə baş çəkə bilərdi. Lakin görünür hətta bu belə çətin olduğundan vədlərlə sakinləri bir az daha artıq gözləməyə vadar edir.

Sakinlər isə artıq gözləmək istəməyərək yeganə çıxış yolunu ölkə başçısına müraciətdə görüblər.

Oxuculara və rəsmi qurumlara təqdim edilən bu şəkillər daha yaxşılarıdır. Küçə daha biabırçı haldadır ki, adam onu çəkib göstərməyə belə utanır…

Axı indi 2016 cı ildir və Azərbaycan inkişaf etmiş ölkələr sırasındadır…

Diqqətlə baxın…

P.S…

Respublikada Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzi fəaliyyət göstərir ki, bu mərkəzə Mehdi Səlim-zadə rəhbərlik edir.

Xatırlatma…

Mərkəzin fəaliyyət istiqamətləri aşağıdakılardır…

Bələdiyyələrin fəaliyyətinin təşkil edilməsinə kömək edir və onlara metodoloji yardım göstərir

Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirir

Qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir…

Elə isə maraqlıdır,  Bələdiyyələrlə iş mərkəzi işləyirmi? İşləyirsə, nəyə və kimə nəzarət edir? Edirsə necə nəzarət edir? Etmirsə niyə etmir? Və yaxud bu qurumun nömrələrini niyə qaldıran yoxdur? Bu mərkəzlə əlaqə saxlamaq üçün daha hansı nömrələri yəğmaq lazımdı? 

Rəis – Səlim-zadə Mehdi İbrahim oğlu(tel: 596-34-08)
Rəis müavini – Məmmədov Fazil İbrahim oğlu (tel: 495-25-84)
İnzibati nəzarət idarəsinin rəisi – Yusifov Həbib Yusif oğlu (tel: 596-34-07)

Bu suallara aydınlıq gətirməyə çalışacağıq…

İlkin
arxiv.bizimxeber.az



Prezidentin keçdiyi yoldan 10 metr kənardakı biabırçı küçə – ŞAGAN QƏSƏBƏSİNDƏ – FOTOLAR – yazısına 2 şərh yazıldı




Yuxarı Geri Ana səhifə