Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Azərbaycanda məhkum təcridxanada öldü
Azərbaycanda məhkum təcridxanada öldü
31 Mart 2016 / 13:21 / Baxış sayı: 556
Font1 Font2 Font3 Font4

Azərbaycanda cəzaçəkmə müəsisəsində ölüm hadisəsi baş verib. Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, hadisə Gəncədəki 2 saylı istintaq təcridxanasında qeydə alınıb. Həmin təcridxanada saxlanılan Tərtər rayon sakini, 1977-ci il təvəllüdlü Niyaməddin Həmid oğlu Novruzov təcridxanada qəflətən dünyasını dəyişib.

Meyit müayinə üçün məhkəmə tibbi ekspertiza patoloji anatomiya birliyinin Gəncə şəhər şöbəsinə təhvil verilib. Müayinə zamanı onun üzərində heç bir zorakılıq əlaməti aşkar edilməyib və məhkumun ürəktutmasından öldüyü məlum olub. Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Azərbaycanda həbsxanada sonuncu ölüm faktı bir neçə gün əvvəl Şəkidə qeydə alınıb. Ədliyyə Nazirliyi Penitensiar xidmətin Şəki Penitensiar Müəssisəsində saxlanılan Zaqatala rayon sakini, 1959-cu il təvəllüdlü Məryəm Əyyub qızı Murtuzova martın 25-də örpəklə özünü asaraq intihar edib. Onun 2015-ci ildə narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunaraq 6 il 5 ay müddətinə həbs cəzasına məhkum edildiyi bildirilir.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə