Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Obama Rusiyanı ittiham etdi
Obama Rusiyanı ittiham etdi
31 Mart 2016 / 14:23 / Baxış sayı: 542
Font1 Font2 Font3 Font4

ABŞ prezidenti rəsmi Moskvanı nüvə silahları ilə bağlı müqavilələrə əməl etməyə çağırıb

Rusiya rəhbərliyini orta və kiçik mənzilli raketlərinin sayının azaldılması ilə bağlı götürdüyü öhdəlikləri yerinə yetirməlidir”. ANS PRESS-in məlumatına görə, bu sözləri ABŞ prezidenti Barak Obama Rusiyanın nüvə silahları ilə bağlı danışarkən deyib. O, bildirib ki, rəsmi Moskva nüvə arsenalının azaldılması ilə bağlı öhdəlikləri pozur.

“Rusiya qanadlı raketilərlə bağlı müqavilələri pozur” 

Obama qeyd edib ki, “Böyük Nüvə Arsenalı”“Soyuq müharibə” vaxtlarından sonra  müasir  dövr üçün pis bir xatirədir. “Birləşmiş Ştatlar və Rusiya dünyada olan  nüvə silahlarının 90%-dən çoxuna malikdirlər. Biz bu nüvə arsenallarımızın ixtisarı məqsədi ilə danışıqlar aparmalıyıq”,-deyə ABŞ prezidenti bildirib. O, əlavə edib ki, öz prezidentlik müddəti dövründə ABŞ-ın milli təhlükəsizlik strategiyasında nüvə silahının rolunu və sayını azaldıb.

Həmçinin  fevralın 9-da ABŞ-ın milli kəşfiyyatının direktoru Ceyms Klepper da Rusiyanı  qarşılıqlı nüvə müqavilələrini pozmaqda ittiham etib. Onun məlumatına görə, Rusiya əsasən  qanadlı raketilərlə bağlı müqavilələri pozur və bu tipli silahların hazırlanmasını davam etdirir.

Ceyms Klepper - ABŞ-ın milli kəşfiyyatının direktoru

Ceyms Klepper – ABŞ-ın milli kəşfiyyatının direktoru

Bu gün Vaşinqtonda Nüvə Təhlükəsizliyi Sammit işinə başlayır. Sammitdə  50-dən çox dünya lider iştirak edəcək. Rusiya sammitdə iştirak etməkdən imtina edib. İran isə Nüvə Sammitinə dəvət olunmayıb.

Ümumilikdə, ABŞ “Soyuq müharibə” sona çatdıqdan sonra daima dünyada nüvə silahlarının sayının azaldılması ilə bağlı təkliflər irəli sürür. Birləşmiş Ştatları isə ən çox narahat edən Rusiyanın əlindəki nüvə silahlarıdır. Hazırda rəsmi olaraq ABŞ, Rusiya, Böyük BritaniyaFransa və Çinin silahlı qüvvələri nüvə silahına malikdirlər. İlk atom bombası İkinci dünya müharibəsinin sonunda ABŞ-da hazırlanıb.

Atom bombası havada partladıla bilər. 1945-ci ilin iyulunda ABŞ atom bombasını sınaqdan çıxardıqdan sonra Yaponiyanın Xirosima(avqustun 6-da) və Naqasaki (avqustun 9-da) şəhərlərinə partlayış gücü 20 min ton trotil partlayışına ekvivalent olan 2 bomba atıb. Xirosimada 200 minə yaxın adam ölmüş və itkin düşmüş, sonralar şüa xəstəliyindən və yaralanmadan daha 35 min adam ölüb.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə