Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Dağıstanda özünü partladan İŞİD-çilərdən biri azərbaycanlı olub
Dağıstanda özünü partladan İŞİD-çilərdən biri azərbaycanlı olub
31 Mart 2016 / 14:47 / Baxış sayı: 546
Font1 Font2 Font3 Font4

Onun Hacıyev Elçin Nurməmməd oğlu olduğu ehtimal edilir.

Martın 30-da Dağıstanın Tabasaran rayonunda polis postu yaxınlığında partlayış törətmiş 2 terrorçudan birinin azərbaycanlı olduğu açıqlanıb. Partlayan maşında olanlardan biri Azərbaycan vətəndaşı olub. “Maşındakılardan birinin üzünün bir hissəsi qalıb.

Ehtimal ki, o azərbaycan vətəndaşıdır.  İndi onun axtarışda olub-olmadığı araşdırılır”, deyə hüququ mühafizə orqanlarındakı mənbədən bildirilib. Onun Hacıyev Elçin Nurməmməd oğlu olduğu ehtimal edilir. 

Tabasaranda partlayan bombanın gücü  10-15 kq trotil ekvalentində olub. Martın 30-da Dağıstanın Tabasaran rayonunda nəzarət-buraxılış məntəqəsində hüquq-mühafizə orqanının əməkdaşları Dərbənd istiqamətində hərəkət edən şübhəli minik avtomobilini saxlamağa cəhd ediblər. Lakin sürücü onların tələbinə əməl etməyib. Qaça bilməyəcəklərini görən şəxslər özlərini partladıblar. Hadisə nəticəsində bir polis ölüb.

Partlayışa görə məsuliyyəti İŞİD öz üzərinə götürüb.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə