Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İlham Əliyevin çıxışı Fransanı narahat etdi
İlham Əliyevin çıxışı Fransanı narahat etdi
31 Mart 2016 / 15:49 / Baxış sayı: 1136
Font1 Font2 Font3 Font4

Rəsmi Paris Minsk qrupunun fəaliyyəti ilə bağlı açıqlama verib. “Rəsmi Paris Dağlıq Qarabağ münaqişəsinin ədalətli və uzunmüddətli həllinə yardım etməkdə davam edir”. Bu sözləri  Fransa Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Romen Nadal deyib. Onun sözlərinə görə, Fransa münaqişənin həlli ilə bağlı  ATƏT-in Minsk qrupuçərçivəsində ardıcıl işlərin  davam etdirilməsinə üstünlük verir. 

“Yanvar ayında onların törətdikləri əməllər bu inamı tamamilə dağıtdılar”. “ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin tərəflərinin qəbul etdiyi tək formatdır. Bu format münaqişə tərəfləri tərəfindən qəbul edilib”,-deyə Fransa rəsmisi bildirib. Fransa rəsmisi ölkəsinin  münaqişənin həllinə çalışdığını desə də bu günə kimi ATƏT-in Minsk qrupunun fəaliyyəti heç bir nəticə verməyib.

Romen Nadal - Fransa Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi

Romen Nadal – Fransa Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi

Bu səbəbdən də Azərbaycan cəmiyyətində adıçəkilən qrupa qarşı münasibət birmənalı deyil. Prezident İlham Əliyev də bir neçə dəfə Minsk qrupunun fəaliyyətini  tənqid edib. O, bildirib ki, Minsk qrupu Qarabağ məsələsinin həllinə yox, dondurulmasına çalışır.

“Minsk qrupunun həmsədrlərinin fəaliyyətinə Azərbaycan xalqının o qədər də böyük inamı olmayıb. Amma yanvar ayında onların törətdikləri əməllər bu inamı tamamilə dağıtdılar.  Minsk qrupunun həmsədrlərininAvropa Şurasının işinə kobudcasına müdaxiləsi bu xoşagəlməz vəziyyətə gətirib çıxarıb. Onların müdaxiləsi nəticəsində  Şurasında Dağlıq Qarabağla bağlı qətnamə qəbul edilməyib. Həmsədrlər Avropa Şurasının rəhbərliyinə bu qətnamənin qəbul olunmaması üçün təzyiq göstərmişlər ki, guya  bu sənəd münaqişənin həllinə problem yaradır”.-deyə İlham Əliyev qeyd edib.

Prezident bildirib ki, orada erməni işğalı pislənildi, erməni millətçilərinin Azərbaycan xalqına qarşı törətdikləri vəhşiliklərlə bağlı Avropa deputatları öz səslərini ucaltdılar.

Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in prinsipləri əsasında sülh yolu ilə danışıqlar vasitəsi ilə həlli üçün yaradılmış qurumdur. Hazırda amerikalı həmsədr Ceyms Uorlik, rusiyalı İqor Popov və fransalı həmsədr isə Pyer Andryudur. ATƏT-in Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. 1996-cı ilin dekabrından Minsk qrupunun üç – Rusiya, ABŞ və Fransa həmsədrləri fəaliyyətə başlayıb.

Qrupun əsas vəzifəsi Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan qaldırılmasına və Dağlıq Qarabağ probleminin dinc vasitələrlə həll edilməsinə bilavasitə kömək etməkdir.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə