Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

170 min dollar rüşvət qalmaqalı: “Məni Hicran Hüseynova ilə üzləşdirin”
170 min dollar rüşvət qalmaqalı: “Məni Hicran Hüseynova ilə üzləşdirin”
31 Mart 2016 / 19:13 / Baxış sayı: 1678
Font1 Font2 Font3 Font4

Bakı şəhər sakini Eynur Kərimovun 170 min dollarının Ailə, Qadın və Uşaq Probemləri üzrə Dövlət Komitəsinin rəsmiləri tərəfindən mənimsənilməsi ilə bağlı qalmaqal daha da böyüyür. Eynur Kərimov Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova ilə üzləşməsini tələb edir.

Bu barədə Cebhe.info-ya açıqlamasında Eynur Kərimovun vəkili Kamandar Nəsibov bildirib.

Onun sözlərinə görə, müvəkkili Eynur Kərimov hüquq-mühafizə orqanlarından xahiş edib ki, komitə sədri Hicran Hüseynova ilə üzləşməsi təşkil olunsun:

“Üzləşmə ilə bağlı sabah hüquq-mühafizə orqanlarına müraciət edəcəyəm. Amma məndə olan məlumata görə, üzləşmə ilə bağlı Hicran Hüseynovaya heç nə deməyiblər. Müvəkkilimin iddiasına görə, o, həqiqətən də hazırda ölkədə olmayan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sabiq Aparat rəhbəri Səfər İmanov vasitəsilə komitə sədri Hicran Hüseynovaya rayon icra hakimiyyəti başçısının müavini vəzifəsinə təyin olunması üçün 170 min dollar verib. Səfər İmanov müvəkkilimlə video danışıqlarında təsdiq edib ki, həmin 170 min dolları Hicran Hüseynovanın tapşırığına görə Eynur Kərimovdan alıb.

Eyni zamanda bildirib ki, Hicran Hüseynovanın digər əməlləri barədə onda dolğun məlumatlar da var. Səfər İmanov həmçinin Komitənin tenderlərində rəhbər kimi göstərişləri yerinə yetirib və orda mənimsəmə faktlarının olduğunu da təsdiqəyib. Hicran Hüseynova mətbuat vasitəsilə Eynur Kərimovu tanımadığını iddia etsə də, Eynur Kərimov komitə sədrinin ona vəzifə söz verdiyini iddia edir. Ətraflı olaraq 10-15 dəqiqə komitə sədrinin şəxsi kobinetində olan danışıqlar ona dəlalət edir ki, Hicran Hüseynovanın o məbləğlə bağlı məlumatı var və özü də bir neçə dəfə bildirib ki, səni vəzifəyə təyin edəcəyəm, sadəcə mənim adım heç yerdə hallanmasın. Həmin bu məsələdə isə vasitəçi rolunu oynayan Səfər İmanov 170 min dollar məbləği Eynur Kərimovun gözü qarşısında Hicran Hüseynovaya verib”.

Vəkilin sözlərinə görə, hazırda Hicran Hüseynova tərəfindən ictimaiyyətə həqiqətə uyğun olmayan məlumatlar verilir. Yəni komitə sədri bu məsələdə yalnız günahkar kimi Səfər İmanovun adını çəkir:

“Bu məsələ təfərrüatı ilə Səfər İmanov istintaqa cəlb olunandan və ifadələr verəndən sonra məlum olacaq. Deyilənə görə, Hicran Hüseynova həmin məbləği komitədə qohumu olan maliyyə direktoruna verərək Eynur Kərimova qaytarılmasını istəyib. Əgər Hicran Hüseynova o pulu götürməyibsə, məbləğdən xəbəri yoxdursa, niyə maliyyə üzrə direktoru çağırıb ona deyir ki, gedin onun pulunu qaytarın? Bu, heç bir məntiqə sığmayan söhbətdir. Müvəkkilimin dediyinə görə, Hicran Hüseynovanın bu məsələdən tam xəbəri vardı. Səfər İmanovun isə dediyinə görə, onun respublikadan çıxmasına səbəb məhz Hicran Hüseynovanın ailəsinə hədə-qorxu gəlməsi olub. Hər halda bunu Səfər İmanov iddia edir və deyir ki, Hicran Hüseynova onun nəinki ailəsinə, hətta qohumlarına belə hədə-qorxu gəlib. Səfər İmanov isə azyaşlı uşağı və ailəsi ilə Türkiyəyə qaçmağa məcbur olub”.

Kamandar Nəsibov onu da əlavə edib ki, üzləşmənin keçiriləcəyi tarix istintaq prosesində baxılaraq təyin olunacaq.

Qeyd edək ki, vətəndaş Eynur Kərimov 170 min ABŞ dollar məbləğində vəsaiti Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sabiq Aparat rəhbəri Səfər İmanova rayon icra hakimiyyəti başçısının müavini vəzifəsinə təyin olunması üçün verdiyini bildirib. S.İmanov 1 noyabr 2015-ci ildə AQUPDK-nin Aparat rəhbəri vəzifəsindən azad edilib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə