Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Keçmiş nazir Tahir Əliyev gənc ailəni dağıdır
Keçmiş nazir Tahir Əliyev gənc ailəni dağıdır
21 May 2016 / 12:37 / Baxış sayı: 1860
Font1 Font2 Font3 Font4

Sabiq  millət vəkili  vətəndaşın  pasportunu, hərbi biletini girov saxlayır 

Ucar rayonunun Boyat kəndindən olan Rüstəm Yolçu oğlu Məhərrəmov NUH.az-a şikayət məktubu göndərib. O, məktubunda  keçmiş daxili işələr naziri, dövlət gömrük komitəsinin sabiq sədri, millət vəkili Tahir Əliyevin ona qarşı törətdiyi qanunsuz əməllərdən danışır. Yazını olduğu kimi təqdim edirik: “Mən Ucar rayonunun Boyat kəndində anadan olmuşam. 2009-cu ildə hərbi xidmətdən tərxis olub, rayonda iş tapa bilmədiyim üçün Bakıya gəlmişəm və o vaxtdan keçmiş daxili işlər naziri, keçmiş gömrük komitəsinin sədri, Milli Məclisin keçmiş deputatı Tahir Əliyevə ürcah olmuşam. Kaş mənim ona rast gəldiyim günə daş düşəydi… Beləliklə, məni onun Fatmayıda yerləşən bağına apardılar və mən burada qalıb işləməyə başladım. Həm bağa baxir, lazım olan bütün işləri görür, həm də çörəkpulu xatirinə yaxınlıqdakı evlərdə fəhləlik edirdim.

Təxminən 6 il bu şəkildə Tahir Əliyevin bağında çalışdım. Nəhayət, 2015-ci ildə ailə qurdum və artıq ailəvi şəkildə bağda yaşamağa imkan olmadğını görüb, Tahir Əliyevə köçüb yoldaşımın yaşadığı kəndə getmək istədiyimi bildirdim O, mənə dedi ki, sənin mənə borcun var və buna görə də səni heç yerə buraxmıram. Mən borc sözünü eşidəndə təəccübləndim. Axı  6 il müddətində gördüyüm işlərə görə mən ondan heç bir muzd almamışdım. Sadəcə olaraq pulum olmayan vaxtlarda 5-10 manat xərclik istəmişdim. Sən demə, DİN-in keçmiş naziri, Gömrük Komitəsinin keçmiş sədri, keçmiş millət vəkili bunların hamısını dəftər-kitaba vururmuş. Beləliklə, o, bir dəftər gətirib, haqq-hesab elədi və dedi ki, sənin 6 il ərzində düz 840 manat borcun yaranıb. Mən cavabında altı il ərzində onun üçün işlədiyimi, bağına baxdığımı dedim. O, heç nə eşitmək istəmədi. “Əvvəl həmin pulları gətir qaytar, sonra danışarıq”-dedi. Onu da qeyd edim ki, T.Əliyev mənim şəxsiyyət vəsiqəm və hərbi biletimi də alıb saxlamışdı.

Mən ona pulum olmadığını və neçə illər məhz onun bağında işlədiyimi, ondan pul almadğımı deyəndə o, bərk əsəbləşdi və “get arvadını boşa, təzədən qayıt gəl bağda borcunun əvəzinə işlə”,-dedi. Mən bunun mümkünsüz olduğunu bildirəndə o, dedi ki, onda nə şəxsiyyət vəsiqəsi, nə də hərbi biletini görəcəksən. Mən işin belə qəlizləşdiyini görəndə təzədən qeydiyyatda olduğum Ucar rayonuna qayıdıb, əvvəlki pasportumu itirdiyimi və yeni pasport almaq istədiyimi dedim. Sən demə, T.Əliyev məndən qabaq oraya zəng edib, mənə pasport verilməməsini, şəxsiyyət vəsiqəmin onda olduğunu bildiribmiş. Buna görə Ucar rayon pasport-masa idarəsində mənə yenidən Tahir Əliyevə müraciət etməyi məsləhət gördülər. Tahir Əliyev isə iki ayağını bir başmağa qoyub, məndən həyat yoldaşımı boşayıb, təzədən onun bağına qayıdaraq ona nökərçilik etməyi tələb edir. Belə ədalətsizlik olarmı? Mən vətən qarşısında borcumu şərəflə yerinə yetirmiş, yenicə ailə qurmuş bir gəncəm, Tahir Əliyev mənim taleyimlə oynayır. Məgər Azərbaycanda quldarlıq quruluşudur, Tahir Əliyev də quldar? Xahiş edirəm mənə kömək edin!”

Qarşı təərfin mövqeyini dərc etməyə hazırıq.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə