Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Sakinlərinin əksəriyyətinin böyrəyini satdığı kənd – FOTOLAR
Sakinlərinin əksəriyyətinin böyrəyini satdığı kənd – FOTOLAR
02 May 2016 / 17:24 / Baxış sayı: 1502
Font1 Font2 Font3 Font4

İnanmaq bir qədər çətin olsa da, demək olar ki, bütün sakinləri bir böyrəklə yaşayan yerlər mövcuddur. Buna səbəb böyrəklərdən birinin satılmasıdır və heç də hər zaman böyrək sahibləri belə əməliyyata razılıq vermirlər. 

Nepalın Hokse kəndindəki kişilər böyrəkləri götürüldükdən sonra qalan çapıq izlərini nümayiş etdirirlər. Belə yerlərdə insanı əməliyyat etmək üçün onları küçənin ortasında oğurlaya, qızıldan dağlar verəcəklərinə söz verə, hətta “böyrək yenidən boy atacaq” deyə əmin edə bilərlər. 

Nepalda yerləşən kiçik Hokse kəndini bu acınacaqlı şöhrətinə görə “böyrək kəndi” adlandırırlar. Hokse kəndinin, demək olar, hər bir sakininin bir böyrəyi qalıb. Orqanların satışı üzrə brokerlər Hokse kəndi və onun yaxın ətrafına tez-tez gələrək pula ehtiyac duyan sakinləri böyrəyindən azad olmağa cəlb edirlər.

Bu brokerlər məqsədlərinə çatmaq üçün istənilən hiyləyə əl atırlar. Kənd sakinlərinin kasıblığından və zəif təhsil görmələrindən istifadə edərək bu yazıq insanları insan üçün iki böyrəyin yolverilməz dəbdəbə olduğuna inandırırlar. Bu hiyləgər insanlar bir böyrəklə yaşamağın daha asan və yüngül olduğunu söyləyərək, ümumiyyətlə böyrəyin yenidən böyüyən orqan olduğuna əmin edirlər. Bütün mümkün olan və olmayan üsullarla onlar kənd sakinlərini müvafiq əməliyyatların keçirildiyi Hindistanın cənubuna yollanmağa razı salırlar.

 



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə