Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Şəhid olan hərbçilərin kredit borcları silindi
Şəhid olan hərbçilərin kredit borcları silindi
04 May 2016 / 19:52 / Baxış sayı: 606
Font1 Font2 Font3 Font4

Daha sonra onların ailə üzvlərinin kredit borclarının olub-olmaması yoxlanacaq. Azərbaycan Beynəlxalq Bankı aprelin əvvəlində Ermənistan silahlı birləşmələrinin təxribatlarının qarşısının alınması zamanı şəhid olmuş hərbçilərimizin kredit borclarını silib.

ANS TV-nin məlumatına görə, bu şəxslərdən hər hansı birinin banka kredit borcunun olması müəyyənləşdiyi halda borc öhdəliyi bağlanıb. Maliyyə qurumundan verilən məlumata görə, bura 16 nəfər aid edilib. Araşdırmalar və kredit öhdəliklərinin ləğvi şəhid hərbçilərimizin ailə üzvlərinin müvafiq bank filiallarına fərdi müraciətləri əsasında aparılıb. Bu kreditlər qanunvericiliyə əsasən, ilkin mərhələdə ümidsiz borclar kateqoriyasına aid edilib və bankın kreditlər üzrə yaratdığı ehtiyat vəsaitləri hesabına silinəcək. Daha sonra isə həmin kreditləri sığortalayan şirkətlərlə danışıqlar aparılacaq və sığortaçı tərəfindən geri qaytarılması müzakirə olunacaq.

Məsələyə Beynəlxalq Bankın baş direktoru Elmir Həbibullayev aydınlıq gətirib. Bildirib ki, ilk etapda şəhid olan şəxslərin özlərinin kredit borcları silinib.

“Əgər borc alan kredit götürürsə, həmin krediti sığortalayır. Hazırda bu müzakirə obyektidir ki, cəbhə dövründə vəfat edən şəxslərin  kreditləri həmin sığorta predmetina aiddir, yoxsa deyil. Beynəlxalq Bank bunu hələ ki sığorta şirkəti araşdırmamışdan qabaq özü həmin məsələni həll edib. Daha sonra sığorta şirkətləri ilə öz məsələlərini həll edəcək. İlkin etapda məhz həmin şəxslərin özlərinin kreditləri silinib. Daha sonra isə biz onların ailə üzvlərinin kreditlərinin olub-olmamasını yoxlayıb qərar verəcəyik”, – deyə Elmir Həbibullayev bildirib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə