Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Müdafiə Nazirliyi: Sursat və mərmilərin əlavə ehtiyatı yaradılır
Müdafiə Nazirliyi: Sursat və mərmilərin əlavə ehtiyatı yaradılır
04 May 2016 / 20:03 / Baxış sayı: 494
Font1 Font2 Font3 Font4

Ermənistan Silahlı Qüvvələrinə qarşı əks-həmlə əməliyyatları zamanı istifadə edilmiş sursat və mərmilərin yerlərinin doldurulması, eləcə də əlavə ehtiyatların yaradılması məqsədilə müdafiə nazirinin tapşırığına əsasən planlı tədbirlər yerinə yetirilir.

Bu barədə virtualaz.org-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, ölkənin hərbi sənaye komplekslərində, həmçinin Rusiya və digər ölkələrin hərbi müəssisələrində istehsal edilən müxtəlif silah, texnika, digər döyüş elementləri üçün nəzərdə tutulmuş hər növ çaplı sursat və mərmilər qoşunların sərəncamına verilir.

Müdafiənin ön xəttində, eləcə də cəbhəboyu zonada yerləşən hərbi hissələrin təyin olunmuş döyüş dəstləri ilə təminatı normalara uyğun eşalonlaşdırılır. Eyni zamanda, uzunmüddətli döyüş əməliyyatları aparmaq üçün əlavə toxunulmaz ehtiyatların da yaradılması istiqamətində tədbirlər davam etdirilir.



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə