Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Parkda mərmi tapıldı-GORANBOY
Parkda mərmi tapıldı-GORANBOY
06 May 2016 / 9:00 / Baxış sayı: 288
Font1 Font2 Font3 Font4

Goranboyun Yolqullar kəndində bu gün partlamamış hərbi sursat (PHS) aşkarlanıb.

Bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mayın 5-də Tərtər, Ağcabədi, Goranboy və Füzuli rayonlarında partlamamış hərbi sursatların (PHS) aşkarlanması üzrə apardığı əməliyyatlar barədə hesabatında bildirilir.

Hesabata əsasən, mayın 5-də Agentlik tərəfindən 7 ev, 2 əkin sahəsi, 10 partlayış yeri yoxlanılıb, 1 ədəd partlamamış PQ-7 mərmisi aşkar edilərək götürülüb, 26 730 kv. m ərazi təmizlənib. Məlumata görə, PQ-7 mərmisi DİN-in “102” Xidməti-Zəng mərkəzi sisteminin məlumatı əsasında Goranboy rayonunun Yolqullar kəndində parkın ərazisində aşkarlanıb.

Ümumilikdə Agentlik tərəfindən 7 Aprel – 5 May 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar rayonlarında və Bakı şəhərində 426 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbirstanlığı, 3 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 5 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilib, 1 414 ədəd partlamamış hərbi sursat, 11 ədəd piyada əleyhinə mina (PMN), 2 ədəd piyada əleyhinə POMZ-2 və 6 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

 

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə