Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Pulla referat yazdırmaq bu qədər asandırmı?
Pulla referat yazdırmaq bu qədər asandırmı?
07 May 2016 / 16:43 / Baxış sayı: 408
Font1 Font2 Font3 Font4

Dərs ilinin başa çatmasına az qalmış universitet tələbələri kurs, diplom işi təlaşına düşür. Günlərlə kitabxanalarda mənbə axtaran, vaxtının böyük əksəriyyətini bu iş üçün ayıranlarla yanaşı, pul müqabilində diplom işini başqalarına yazdıranlar da az deyil.

Artıq diplom, kurs işinin yazılması üçün xüsusi şirkətlər də yaradılıb. Daha çox universitetlərin yaxınlığında açılan bu şirkətlər tələbələrə sadəcə mövzunun adını deməklə hazır işi istənilən vaxtda təhvil verəcəklərini bildirir:

“Referat (sərbəst iş), kurs işi, diplom işi problemləri ucbatından dərslərinə, imtahanlarına və istirahətinə vaxt ayıra bilməyən Tələbələrə şad xəbər! Sadəcə mövzunun adını verməklə hazır işinizi istədiyiniz vaxta təhvil alırsınız. İşlər hər sahənin öz mütəxəssisi tərəfindən hazırlanır. Müəllim yoxlanışından sonra hər hansı xırda nöqsanlar belə olarsa, bir gün ərzində əlavə heç bir ödəniş olmadan aradan qaldırılıb təhvil verilir. İşini peşəkara etibar etmək ağıllı insanların işidir”.

Sosial şəbəkədə müşahidə etdiyimiz zaman xeyli sayda tələbənin qiymət öyrənmək üçün yazdığını və marağın kifayət qədər yüksək olduğunun şahidi olduq. Qiymət və kimlərin yazdığını öyrənmək üçün biz də tələbə adı ilə qeyd olunan nömrələrlə əlaqə saxladıq. Şirkət nümayəndəsi qiymətin mövzu və həcmə görə dəyişdiyini bildirib:
“Diplom işi 300,400, 500 manat arasında dəyişir. Ancaq müəyyən güzəştlər də var. Yazının həcmi nə qədər az olsa, qiymət də o qədər az olur. Mövzular işçilərimiz tərəfindən yazılır”.

Məsələylə bağlı “Qafqazinfo”nun əməkdaşı Bakı Dövlət Universitetində Beynəlxalq Jurnalistika kafedrasının rəhbəri Həmid Vəliyevdən münasibət öyrənib.

Kafedra rəhbəri bildirib ki, diplom işinin müdafiəsi zamanı başqasına yazdıran tələbələr açıq-aydın seçilir:

“Tələbə diplom işini özü yazmalıdır ki, sonra da müdafiə edə bilsin. Mövzular kafedralar tərəfindən seçilir, müəllimlərlə məsləhətləşilir, sonra tələbəyə verilir. Tələbələr elmi rəhbərləri ilə məsləhətləşərək həmin mövzuları tətqiq edir, araşdırır. Elmi rəhbərləri hazır işi oxuyur, istiqamət verir. Beynəlxalq kafedrada hələki biz hardansa köçürmə, kiməsə yazdırma hallarına rast gəlməmişik.

Tələbə müxtəlif ədəbiyyatlardan, məqalələrdən bəhrələnib öz fikrini ifadə edə bilər, ancaq məqaləni olduğu kimi köçürərsə, bu, o dədidə bilinir və yol verilən hal deyil. Başqasına yazdırmaq bizim fakültədə mürəkkəb məsələ olduğu üçün, heç kim o yola əl atmaq istəməz. Mövzunu özü araşdırmayan tələbə bu haqda nə danışa bilər?

BDU universitetinin 4-cü kurs tələbəsi Elgün Nağıyev də ortalama balı yüksək olduğu üçün diplom işi yazır. Tələbənin sözlərinə görə, bu, ona elə də asan başa gəlmir:

“Mövzum Azərbaycan dilində deyil. Bu da mənə problem yaradır. Sadəcə rus dilini yaxşı bilən bir şəxslə oturub yaza bilirəm. Bundan başqa, praktikam var, işləyirəm. Bu səbəbdən də diplom işimlə məşğul olmağa vaxt olmur. Əvvəlcə tərcümə, sonra təhlil etməliyəm. Çox gözəl olardı ki, Azərbaycan ədəbiyyatından tapa biləcəyimiz mövzular verilərdi”.

E. Nağıyev də pulla kurs işi, diplom işi yazdıran tələbə tanışlarının olduğunu dedi:

“Elmlərdə kurs, diplom işi yazan yerlər var. Kurs işinin qiyməti 20-30 manat arasında dəyişir. Çox tələbə bu məşğuliyyəti əlavə vaxt itkisi hesab etdiyi üçün həmin şəxslərə müraciət edir”.

Litvanın Klaipeda Universitetində təhsil alan Əsmər Həsənli bildirib ki, onlarda da müəllim tələbələrdən kurs işi, diplom işi tələb edir. Ancaq bəzi vacib fərqlər var:

“Yazılarımız cümləbəcümlə yoxlanılır. Müəllimlərlə canlı, mümkün olmayanda skayp, e-poçt vasitəsilə məsləhət alırıq, konsultasiya edirik.Təkrar və köçürülməyə qarşı ciddi nəzarət var. İnternet mənbələrdən də çox istifadə etməyə icazə verilmir. Adicə bir cümlə belə internetdən götürəndə cümlənin müəllifi, mənbə, saytın linkini mütləq yazıda göstərməlisən.

Hətta bəzi müəllimlər həmin sayta son giriş tarixi və saatını yazmağı da tələb edirlər. 3 və 4-cü kurslarda müəllimim alman professor oldu və o, bizi tamam başqa üsula yönəltdi. Sosial həyatda bizə maraqlı olan istənilən mövzudan faydalana biləcəyimizi dedi. Bu da tələbədə dərsə qarşı maraq oyadır”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə