Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Şuşanın icra başçısı-“Yalan olmasın, sutkanın 24 saatını Şuşaya qayıtmaq barədə düşünürəm”-
Şuşanın icra başçısı-“Yalan olmasın, sutkanın 24 saatını Şuşaya qayıtmaq barədə düşünürəm”-
08 May 2016 / 12:46 / Baxış sayı: 390
Font1 Font2 Font3 Font4

Bütün Azərbaycan xalqı kimi, mənim də ən böyük arzum Şuşaya qayıtmaqdır. Yalan olmasın, sutkanın 24 saatını Şuşaya qayıtmaq barədə düşünürəm, bunu arzu edirəm”.

Bu fikirləri  Şuşa rayon İcra Hakimiyyətinin başçısı, “Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Bayram Səfərov mayın 8-də Şuşanın erməni silahlı bölmələri tərəfinin işğalının növbəti ildönümünə münasibət bildirərkən deyib.

B.Səfərov mayın 8-də özü də daxil olmaqla, Dağlıq Qarabağın Azərbaycan İcmasının bütün üzvlərinin, həmçinin şuşalıların Şəhidlər xiyabanını ziyarət edəcəyini söyləyib.

B.Səfərov Azərbaycan ordusunun Şüşanın işğalı günündə torpalqarın işğaldan azad olunması uğrunda hərbi əməliyyatlara başlayacağı barədə yayılan xəbərlərdən Ermənistan tərəfinin ciddi təşviş keçirməsinə də münasibət bildirib:

“Ermənistanın qorxuya düşməsi təbidir. Çünki işğalçı Ermənistan dövləti gördü ki, Azərbaycan ordusu nəyə qadirdir. Nəinki Ermənistan, bütün dünya elə bilirdi ki, Azərbaycan əsgəri döyüşə bilməz. Onlar düşünürdülər ki, azərbaycanlılar döyüş qabiliyyətini itirib və sairə. Ancaq aprelin əvvəllərində baş verən hadisələr bir daha sübut etdi ki, Azərbaycan ordusu lazım gələndə istənilən səviyyədə döyüşür və məqsədinə nail olur.

Bu gün Azərbaycanın güclü ordusu və onun başında Prezident İlham Əliyev kimi Ali Baş Komandanı var. Azərbaycan ordusu qısa müddətdə bütün torpaqlarını işğaldan azad etməyə qadirdir”./ölkə.az/

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə