Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Fuad Qəhrəmanlının şikayəti təmin edilmədi
Fuad Qəhrəmanlının şikayəti təmin edilmədi
10 May 2016 / 17:34 / Baxış sayı: 368
Font1 Font2 Font3 Font4

Bakı Apellyasiya Məhkəməsində AXCP sədrinin müavini Fuad Qəhrəmanlı barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılmasına dair məhkəmə qərarından verilən şikayətinə baxılıb.

Hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə Nəsimi Rayon Məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılıb, F.Qəhrəmanlının apellyasiya şikayəti təmin edilməyib. 

Qeyd edək ki, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı dekabrın 8-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində dindirilib. Sonra İstintaq İdarəsi F.Qəhrəmanlı barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün Nəsimi Rayon Məhkəməsinə təqdimat verib.

Məhkəmənin qərarı ilə onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. F.Qəhrəmanlıya qarşı Cinayət Məcəlləsinin 281.1 (dövlət hakimiyyəti əleyhinə çağırışlar etmə), 283.2.1 (dini, irqi, sosial nifrət aşılayan çağırışlar etmə) maddələri ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, mayın 4-də Nəsimi Rayon Məhkəməsində F.Qəhrəmanlı barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 2 ay artırılıb.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə