Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Heydər Əliyevin 93-cü ildönümünə həsr olunan konfrans-Gəncədə
Heydər Əliyevin 93-cü ildönümünə həsr olunan konfrans-Gəncədə
11 May 2016 / 12:45 / Baxış sayı: 294
Font1 Font2 Font3 Font4

Gəncədə Azərbaycan xalqının ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasətçi Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş konfrans keçirilib. Öncə tədbir iştirakçıları Ulu Öndərin abidəsini ziyarət edərək önünə tər-çiçəklər düzüblər.

Sonra Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, şəhər ziyalıları, tələbələr və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən konfransda Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən “Böyük ömrün anları” adlı qısametrajlı film izlənilib.

Konfransda çıxış edən Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Ümummilli Liderin həyat və fəaliyyəti barədə danışaraq, çətin tarixi sınaqlara məruz qalmış Azərbaycan dövlətçiliyinin bərpasında və möhkəmlənməsində böyük rəhbərin müstəsna xidmətləri olduğunu bildirib. Elmar Vəliyev qeyd edib ki, müstəqil Azərbaycan Respublikasının memarı olan Heydər Əliyev ölkəni vətəndaş müharibəsi təhlükəsindən qurtarıb, geniş islahatların keçirilməsində, “Əsrin Müqaviləsi”nin bağlanmasında böyük əmək sərf edib, gənc dövlətimizin beynəlxalq nüfuzunun artmasında müstəsna xidmətlər göstərib. Hazırda Ulu Öndərin siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla, dönmədən davam və inkişaf etdirilir.

Konfransda ATU-nun inzibati idarəetmə kafedrasının baş müəllimi Ulduz Babayeva “XX yüz illiyin dahi azərbaycanlısı”, GDU-nun YAP ərazi ilk partiya təşkilatının sədri Cavid Bağırzadə “Heydər Əliyev və Azərbaycanın inkişaf strateqiyası”, ADAU-nun ictimai elmlər və multikultiralizm kafedrasının müəllimi Sevda Abdullayeva “Heydər Əliyev və multikultiralizm”, ATU-nun menecment kafedrasının baş müəllimi Nicat Nəsirli “Heydər Əliyevin siyasi fəlsəfəsində milli iqtisadi inkişaf modeli”, ADAU-nun ictimai elmlər və multikultiralizm kafedrasının müdiri Azad Bayramov “Heydər Əliyev və aqrar islahatlar”, AMEA-nın Gəncə bölməsinin baş mütəxəssisi Elnur Həsənov “Heydər Əliyev və Gəncə” mövzuları ilə çıxış ediblər.

Tədbirdə çıxış edən natiqlər Ümummilli Liderin ölkəmizə rəhbərliyi dövründə respublika iqtisadiyyatı ilə yanaşı digər sahələrdə də olan inkişaf və əldə olunmuş nailiyyətlərdən danışıblar. Natiqlər bildiriblər ki, Ulu Öndər Heydər Əliyev Azərbaycanı dünyaya tanıdan görkəmli şəxsiyyətdir. Ümummilli Liderin ideyaları bu gün də yaşayır. Çıxış edənlər bildirib ki, ölkə Prezidenti cənab İlham Əliyev dahi şəxsiyyətin yolunu, ideyalarını davam etdirərək Azərbaycanı qüdrətli dövlətə çeviribdir.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə