Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bakıda sərxoş sürücü maşından düşdü və… asfaltda yatdı
Bakıda sərxoş sürücü maşından düşdü və… asfaltda yatdı
12 May 2016 / 11:32 / Baxış sayı: 190
Font1 Font2 Font3 Font4

Bakıda sərxoş sürücü küçənin ortasında yatıb. Hadisə Bakı-Qazax yolunun 6-cı kilometrliyində, yəni Yasamal rayonu ərazisinə düşən hissəsində baş verib. “Mercedes” markalı avtomobilin qarşısında 1 nəfər yerə uzanmış vəziyyətdə olub.

İlk baxışdan bu, sürət həddi 110 km saat olan yolda piyadanın vurulmasına bənzəyib. Lakin vəziyyət göründüyündən daha fərqli olub. Avtomobil işlək vəziyyətdə olsa da içərisində sürücü olmayıb.

Özünə yatmaq üçün yumşaq yatağı deyil, asfaltın üzərini seçən şəxsi oyatmaq o qədər də asan olmayıb. Məlum olub ki, yerdə yatan şəxs maşının sürücüsüdür.

Çəkiliş qrupu sürücüyə kömək etmək istəsə də o, əlbəyaxa çıxmağa çalışıb. Sərxoş sürücü kortəbii olaraq avtomobili idarə etməyə çalışıb. Lakin buna imkan verilməyib və əraziyə dərhal polis çağırılıb. Yol patrul xidməti əməkdaşlarınıın köməyi ilə sürücünün şəxsiyyəti müəyyən edilib – Şərif Nuriyev. Polisin ilkin müayinəsi zamanı sürücünün sərxoş olduğu ortaya çıxıb.

Sürücü sərxoşluğun dərəcəsinin müəyyən edilməsi üçün məntəqəyə, maşını isə cərimə meydançasına aparılıb.



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə