Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Eurovision-2016”-nın bütün finalçıları bəlli oldu
“Eurovision-2016”-nın bütün finalçıları bəlli oldu
13 May 2016 / 8:30 / Baxış sayı: 406
Font1 Font2 Font3 Font4

Stokholmun “Globe” arenasında “Eurovision-2016” mahnı müsabiqəsinin ikinci yarımfinalı keçirilib. İkinci yarımfinal mərhələsində 18 ölkə finala keçmək uğrunda yarışıb. Yarımfinalda Latviya, Polşa, İsveçrə, İsrail, Belarus, Serbiya, İrlandiya, Makedoniya, Litva, Avstraliya, Sloveniya, Bolqarıstan, Danimarka, Ukrayna, Norveç, Gürcüstan, Albaniya və Belçikanın nümayəndələri çıxış ediblər.

Çıxışlardan sonra keçirilmiş 15 dəqiqəlik səsvermənin nəticələrinə əsasən, finala daha çox səs toplamış 10 ölkə vəsiqə qazanıb. Bunlar Latviya, Gürcüstan, Bolqarıstan, Avstraliya, Ukrayna, Serbiya, Polşa, İsrail, Litva və Belçikadır. Beləliklə, mayın 14-də keçiriləcək final mərhələsinin bütün iştirakçıları məlum olub.

***
23:17

Stokholmun “Globe” arenasında “Eurovision-2016” mahnı müsabiqəsinin ikinci yarımfinalı başlayıb.

Virtualaz.org xatırladır ki, ikinci yarımfinal mərhələsində 18 ölkə finala keçmək uğrunda yarışır. Yarımfinalda Latviya, Polşa, İsveçrə, İsrail, Belarus, Serbiya, İrlandiya, Makedoniya, Litva, Avstraliya, Sloveniya, Bolqarıstan, Danimarka, Ukrayna, Norveç, Gürcüstan, Albaniya və Belçikanın nümayəndələri çıxış edirlər. Çıxışlardan sonra keçiriləcək 15 dəqiqəlik səsvermənin nəticələrinə əsasən, finala daha çox səs toplamış 10 ölkə vəsiqə qazanacaq.

Beləliklə, mayın 14-də keçiriləcək final mərhələsinin bütün iştirakçıları məlum olacaq. Finala vəsiqə qazanmış təmsilçilər canlı şoudan sonra mətbuat konfransı keçirəcək. Bu mətbuat konfransında püşkatma nəticəsində finala keçən ölkələrin mayın 14-də çıxış ardıcıllığı müəyyən olunacaq. Onu da xatırladaq ki, Azərbaycanı “Eurovision-2016” mahnı müsabiqəsində “Miracle” mahnısı ilə təmsil edən Səmra Rəhimli mayın 10-da birinci yarımfinalda çıxış edərək finala vəsiqə qazanıb.

Azərbaycan təmsilçisi “Eurovision” finalının birinci hissəsində çıxış edəcək.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə