Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Pişəvəri adına Gimnaziyada Xuraman Osmanova “krallığı”…
Pişəvəri adına Gimnaziyada Xuraman Osmanova “krallığı”…
13 May 2016 / 16:46 / Baxış sayı: 2890
Font1 Font2 Font3 Font4

S.C.Pişəvəri adına Respublika Humanitar Fənnlər Gimnaziyasının adı həmişə özünün istedadlı şagirdləri ilə paytaxt məktəbləri arasında öncüllər sırasında çəkilib. Amma ötən ilin yayından Xuraman Osmanova adı çəkilən gimnaziyaya direktor təyin olunandan sonra müəllim və şagirdlərin qara günləri başlayıb. Amma o, bu vəzifəni icra edəndə çoxları elə düşünürdü ki, yəqin bu təhsil ocağında hansısa yeniliklərin şahidi olacaqlar. Amma hər şey əksinə oldu.

Gimnaziyadakı mənbələrdən arxiv.bizimxeber.az-a daxil olan məlumatlarda qeyd olunur ki, iclasında valideynlərə müəllimlərə pul verməməyi tapşıran Xuraman xanım, müəllimlər vasitəsi ilə valideynlərdən pul qoparmalı olur. Hər ay fənn müəllimləri valideynlərdən 20 manat toplayaraq direktora verməli olurlar. Bu isə valideyn –müəllim arasında qarşıdurmanın yaranmasına gətirib çıxarıb.

ceyhun osmanliOnun üzdə bir söz deyib, arxada isə başqa cür hərəkət etməsi ilk növbədə kollektiv arasında nüfuzuna xələllik gətirib. Direktor xanımın valideynlərdən xərac toplaması ilə bağlı ölkənin bəzi mətbu orqanlarında informasiya da dərc olunmasına baxmayaraq nəticəsi olmayıb. Nəticəsi olsaydı, Xuraman xanım özünün qanunsuz hərəkətlərini hələ də davam etdirməzdi. Hər cür vasitə ilə gimnaziyada illərlə işləyən pedaqoqları sıxışdırır ki, oradan uzaqlaşdırsın. Bunun üçün hər cür aşağılayıcı vasitələrdən istifadə etməli olur. Müəllimlərdən yersiz olaraq imtahan götürür, imtahan testlərinə isə mənbəyi məlum olmayan suallar salır.

arxiv.bizimxeber.az-ın məlumatına görə, bununla köhnə kollektivə onların “savadsız olmalarını” sanki sübut etməyə çalışır ki, onları gimnaziyadan uzaqlaşdırsın və özünün komandasını formalaşdırsın. Məqsədli şəkildə məktəbdə valideynlərin dərs dinləmələrinə şərait yaradır. Doğrudur, ilk baxışdan bu metodu yaxşı hal kimi dəyərlədirmək olar. Amma bunun əmması ondan ibarətdir ki, valideynlərə dəfdər də verir ki, müəllimdə gördüyü qüsur və nöqsanları yazıb ona versinlər. Bu isə ilk növbədə tədrisin səviyyəsinin yüksəlməsinə deyil, müəllimin valideyn qarşısında nüfuzunun aşağı salınmasına xidmət edir.

Bundan da bir nəticənin hasil olmadığını görən direktor, bu ilin martın 31-də müəllimlərin fövqəladə toplantısını təşkil edib. Müəllimlər öncə elə başa düşüblər ki, bu tarixi gündə Xuraman xanımın onları təcili toplaması yəqin 31 Mart Azərbaycanlıların Soyqırımı Günü ilə bağlıdır. Amma fərqli bir durumla üzləşəndə əlləri üzlərində qalıb. Çünki həmin tarixi gün barəsində nə bir kəlmə söhbət açılıb, nə də soyqırımına məruz qalan soydaşlarımızın ruhu yad edilibdir. Xuraman xanım toplantıda elan edib ki, artıq gimnaziya Təhsil nazirinin göstərişi ilə “Olimpiada Mərkəzi”nə çevrilib: “İndən sonra burada xüsusi qabiliyyətli uşaqlar təhsil alacaq. Hazırda giminaziyada dərs deyən müəllimlər xüsusi istedada malik olan uşaqlara dərs demək bacarığına və savadına malik deyil. Ona görə kim könüllü, öz ərizəsi ilə işdən çaxsa, onu ərazidə fəaliyyət göstərən məktəblərdə yerləşdirməyə yardım edəcəyəm. Əks təqdirdə, ərizə yazmayanlar növbəti tədris ilində özləri müstəqil surətdə yerləşdirmə imtahanları vercək, səhər saat 8-dən axşam saat 18.00-a dək məktəbdə olacaqlar.”

piseveri22Bunu kollektivin diqqətinə çatdıran Xuraman xanım onları nazirliyin heç bir rəsmi sənədi ilə tanış etməyib. Hazırda müəllimlər hər an müxtəlif bəhanələrlə işdən çıxarılma və qovulma həyəcanını yaşayırlar. Gimnaziyada kifayət qədər təcrübəli, bacarıqlı, savadlı müəllimlər olmasına baxmayaraq, zəif şagirdlərin guya bilik səviyyəsinin yazşılaşdırılması üçün kənardan mütəxəssis cəlb edir. Dəvət etdiyi mütəxəssislər isə pedaqoji təcrübəsi kifayət qədər olmayan, “nurçu”lar qanadına mənsub “Qafqaz” Universitetinin məzunlarıdır. Onların da kifayət qədər təcrübəsi olmadığından zəif şagirdlərin bilik səviyyəsinin artırılmasında elə bir özəllik göstərə bilmirlər. Görünür, onun “nurçu”lara meyilliyi isə xanım direktorun oğlu Ceyhun Osmanlının bu qanada mənsubluğundan irəli gəlir. Müəllimlər ağılagəlməz şəkildə və üsullarla sıxışdırılır. Görün, uşaqların təlim-tərbiyyəsi və elmi ilə məşğul olmalı olan pedaqoqlar Xuraman xanımın hansı “sürprizləri” ilə qarşılaşır?

Gimnaziyanın yataqxanasının komendantı və dayələri olduğu halda, heç bir əsas olmadan, fənn müəllimlərinə göstəriş verib ki, gecə yataqxanada növbətçi qalsınlar. Növbətçilik etmək istəməyənləri məcbur edir ki, bunun müqabilində 20 manat ödəsin.

Özünün gətirdiyi kadrları köhnə kadrlar üzərində nəzarətçi qoyub, onları öz kadrları vasitəsi ilə sıxışdırır. Bu da istər-istəməz kollektivdə arasında narazılığın dərinləşməsinə səbəb olub. Gimnaziyanın gözəl yeməkxanası olmasına baxmayaraq, bufetində müxtəlif şirniyyatlar, qoğal, pizza bişirtdirərək satdırır. Bişirilənlərin tərkibinin standartlara uyğun olub-olmadığına isə zəmanət verən yoxdur. Dərsliklərin satışına məktəblərdə qadağan olunmasına baxmayaraq, kitab satdırır. İngilis dili dərsliyini biri 23 manata satışa çıxarılıb.

Onun bu və digər qanunsuz hərəkətləri və özbaşınalıqları ilə bağlı Təhsil Nazirliyinə şikayət olunsa da, heç bir tədbir görülmür.

Onun nazirliyin nəzdində fəaliyyət göstərən Təhsildə İnnovasiyalar Mərkəzinin direktor müavini olması ətrafına kifayət qədər arxa toplamasına səbəb olub. Edilən şikayətlərin nəticəsiz qalmasının səbəbi isə nazirikdə onun kifayət qədər havadarlarının olması, Emin və Almaz adlı məsul işçilərin onu himayə etməsi ilə izah olunur. Hesab edilir ki, bu qədər özbaşınalıq yaradan bir şəxsin nazir Mikayıl Cabbarov tərəfindən cəzalandırılmamasına səbəb edilmiş şikayətlərin ona çatdırılmaması ilə əlaqədardır.

P.S.Qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq!

İlkin
arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə