Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Azərbaycanlı məktəblilər ABŞ-da tarixi uğur qazanıb
Azərbaycanlı məktəblilər ABŞ-da tarixi uğur qazanıb
16 May 2016 / 14:49 / Baxış sayı: 208
Font1 Font2 Font3 Font4

ABŞ-ın Arizona ştatının Finiks şəhərində InteI ISEF – Intel Beynəlxalq Elm və Mühəndislik Sərgisi keçirilib.

“Qafqazinfo”ya daxil olan məlumata görə, sərgiyə 77 ölkədən 1760 iştirakçı qatılıb. Sərgidə Azərbaycanı “Sabahın alimləri” V Respublika Müsabiqəsinin qalibləri – Bakı Avropa Liseyinin XI sinif şagirdləri Arzu Məmmədova, Nərmin Aydarova, akademik Zərifə Əliyeva adına liseyin X sinif şagirdi Mədət Sərdarlı, XI sinif şagirdi Nigar Sərdarlı, həmin liseyin 10-cu sinif şagirdləri Ayşən Əliyeva və Əli Əliyev təmsil ediblər.

Azərbaycanlı məktəblilər bu sərgidə tarixi uğura imza atıblar. Belə ki, münsiflərin seçimi ilə fizika, materialşünaslıq kateqoriyası üzrə Nərmin Aydarova və Arzu Məmmədova IV yeri tutublar.
Digər təmsilçilərimiz Nigar və Mədət Sərdarlılar isə Qətərin Elm və İşlətmələr Fondunun xüsusi mükafatına layiq görülüblər.

Qeyd edək ki, bu, məktəblilərimizin 2012-ci ildən sonra sözügedən sərgidə qazandıqları ilk əsas mükafatıdır.
Qaliblərə pul mükafatı və diplomlar verilib.

1997-ci ildən keçirilən sərgiyə qatılmaq üçün hər il müxtəlif ölkələrdən 7 milyona yaxın məktəbli müraciət edir. Ölkəmizi bu sərgidə təmsil etmək üçün məktəblilər “Sabahın alimləri” müsabiqəsindən seçilir. Bu il müsabiqədə ölkəmizin 11 şəhər və rayonunun ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri 129 elmi layihə ilə iştirak edib. Onlardan 87-si kollektiv, 42-si isə fərdi layihə olub. Müsabiqə 8 kateqoriya üzrə keçirilib

 

arxiv.bizimxeber.az

Azərbaycanlı məktəblilər ABŞ-da tarixi uğur qazanıb
Azərbaycanlı məktəblilər ABŞ-da tarixi uğur qazanıb
Azərbaycanlı məktəblilər ABŞ-da tarixi uğur qazanıb
Azərbaycanlı məktəblilər ABŞ-da tarixi uğur qazanıb

 



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə