Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Aprel döyüşlərində 800 hektar ərazi itirdik…” – Sarkisyandan etiraf
“Aprel döyüşlərində 800 hektar ərazi itirdik…” – Sarkisyandan etiraf
17 May 2016 / 17:53 / Baxış sayı: 1138
Font1 Font2 Font3 Font4

Erməni tərəfi apreldə Qarabağ münaqişəsi zonasında vəziyyətin gərginləşməsi zamanı Dağlıq Qarabağ ətrafındakı təhlükəsizlik zonasında 800 hektar itirib, lakin vacib olan insanları qorumaq idi və yekunda erməni hərbçiləri bu tapşırığın öhdəsindən gəldilər.

Bunu Vyana danışıqlarından qayıdarkən təyyarədə erməni jurnalistlərə açıqlamasında Ermənistan prezidenti Serj Sarkisyan bildirib. Lakin o əlavə edib ki, bu ərazilər strateji və taktiki baxımdan əhəmiyyət daşımırdı:

“Təhlükəsizlik zonası qismində 800 min hektara nəzarət edən erməni qüvvələri 800 hektar itirdilər. Strateji baxımdan bu ərazilərin heç bir əhəmiyyəti yoxdur, lakin psixoloji baxımdan azərbaycanlılar öz xalqlarını hansısa uğura nail olduqlarına inandıra bilərlər”.

Ermənistan prezidenti deyib ki, bu əraziləri geri qaytarmaqdan ötrü 30-40, yaxud 80 “patriotu” qurban verməyə dəyməzdi.

Bununla yanaşı Sarkisyan qeyd edib ki, Vyanada Azərbaycan Prezidenti İlham Əliyev erməni tərəfini apreldə hərbi əməliyyatlara başlamaqda ittiham edib. O həmçinin bildirib ki, Azərbaycan sərhədyanı insidentlərin araşdırılması üzrə mexanizmlərin tətbiqi haqqında təkliflə razılaşıb.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə