Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Erməni diasporu Bakı-Tbilisi-Qars layihəsinə mane olmağa çalışır”
“Erməni diasporu Bakı-Tbilisi-Qars layihəsinə mane olmağa çalışır”
19 May 2016 / 12:03 / Baxış sayı: 674
Font1 Font2 Font3 Font4

“Erməni diasporu tərəfindən Bakı-Tbilisi-Qars (BTQ) layihəsinə çoxlu maneələr olub və bu vəziyyət davam edir”.

Bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov “The Business Year” jurnalına müsahibəsində deyib. “Biz Azərbaycan şirkəti olaraq bu dəmir yolunun inşasına başlayanda Ermənistanın Bakı-Tbilisi-Qars layihəsindən kənarda qalacağı ilə bağlı narazılıqlar var idi”, – deyə C. Qurbanov əlavə edib.

Layihənin icra vəziyyətindən söz açan sədr qeyd edib ki, Gürcüstanda 183 km uzunluğunda dəmir yolu xəttində işlər başa çatıb: “Hazırda layihənin xırda detalları üzərində işlər başa çatmaq üzrədir. Beləliklə, 2016-cı ilin sonuna Gürcüstan tərəfində işlər başa çatdırılacaq. Bundan sonra Türkiyədə işlərin başa çatdırılması qalır”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə