Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Supermarketlər iki kassa sisteminə keçirlər
Supermarketlər iki kassa sisteminə keçirlər
21 May 2016 / 18:29 / Baxış sayı: 1132
Font1 Font2 Font3 Font4

Azərbaycanın iqtisadi həyatında çoxdan bəri belə şey olmamışdı. Differensial vergilərin tətbiqi ilə bağlı ölkə hökuməti ilə ən iri supermarketlər şəbəkələrinin sahibləri arasında KİV səhifələrində uzun sürən müzakirələr bitmək bilmir.

Virtualaz.org və haqqin.az dəfələrlə, yəqin ki, hələ uzun müddət gündəlikdən düşməyəcək bu problemin vacibliyini vurğulayıb. Hər iki tərəfin kəskin bəyanatlarına baxmayaraq, məsələni hələ bitmiş hesab etmək olmaz.

Problemin məğzi onadır ki, supermarketlər kənd təsərrüfati məhsullarına differensial vergilərin tətbiqini xahiş edirlər, əks halda, onları müflisləşmə gözləyir. Vergi işçiləri isə bildirirlər ki, bu addımı heç bir vəchlə atmayacaqlar. Sanki məsələ divara dirənib və tərəflərdən hansısa güzəştə getməlidir. Lakin tez-tez olduğu kimi, məsələnin həlli hardasa ortaq bir məxrəcdədir — nə supermarketlər bağlanmayacaq, nə də hökumət onların haqlı iradlarına uzun müddət müqavimət göstərə biləcək.

Məhz bu barədə oxucularla bir fikri bölüşmək istərdik. Ölkənin yeni supermarketlərindən biri olan Bravo, virtualaz.org-a və haqqin.az-a bildirildiyinə görə, yaranmış vəziyyətdən orijinal çıxış yolu tapıb. Və əksər hallarda olduğu kimi, çıxış çox sadə imiş: supermarketin adına iki VÖEN (kod) və iki kassa aparatı qeydiyyatdan keçirilib.

Bu məqama xüsusi diqqət yetirməyinizi xahiş edirik. Kassa aparatlarından biri ətrafında vergi güzəştləri barədə müzakirələrin getdiyi məhsullar üçün nəzərdə tutulub. Beləcə, bu mallar 4%-dən 6%-ə qaldırılan sadələşdirilmiş vergitutma ilə satışa çıxarılır. İkinci aparatda isə ƏDV ilə heç bir problemi olmayan mallar üçün çek vurulur. Başqa sözlə, yerli kənd təsərrüfatı məhsullarını birinci kassa vurur və həmin məbləğdən sadələşdirilmiş vergi çıxılır. İkinci kassa isə alış qiymətləri (supermarket tərəfindən) dəqiq müəyyən edilmiş (misal üçün, idxal edilən mallar) məhsullara xidmət edir ki, burada ƏDV heç bir problem olmadan hesablanır — qiymətin yalnız supermarketin əlavə etdiyi hissəsinə.

Beləliklə, Bravo supermarketi istehsalı ƏDV-dən azad olunmuş yerli məhsulların dövriyyəsini bütün digər məhsullardan ayırır. Bircə şey aydın deyil — supermarket maliyyə cəhətdən bu halda nə qazanır. Axı istər ümumi kassada, istərsə də müxtəlif kassalarda ƏDV (yaxud dövriyyədən vergi) ödənilməlidir. Yəqin ki, bu yalnız bizim fikrimizdir və belə olan halda yerli kənd təsərrüfatı məhsullarının dövriyyəsini gizlətmək daha asandır. Ümumilikdə isə, iki kassanın istifadəsi tam normaldır, bu halda vergi qanunvericiliyi pozulmur. Amma buna dövlət orqanlarının necə münasibət göstərəcəyi məlum deyil.

Elə bu zaman isə… Azərbaycanda xəbərlər tez yayılır, bu yenilik barədə bütün supermarketlər cəmiyyəti xəbərdardır. İndi onlar sual verirlər: onlara da, düşüncələrinə görə, bu cür tərəqqipərvər metoddan istifadə etməyə icazə verərlərmi? Yeni problemlər yaranmaz ki? Belə vəziyyətdə bu cür addımı özünə hamı rəva görə bilməz — risk çox böyükdür, sahibkarlar isə «bəlkə»lərə inanmaq istəmirlər. Hərçənd, bəzi məlumatlara görə, Bizim market supermarketi artıq icazə gözləmədən bu metoda keçib.

Bir daha qeyd etmək istərdik ki, marketlərdə iki kassadan istifadənin üstünlükləri bizə sona kimi aydın deyil, lakin istənilən halda, çox güman ki, problemi başqa — hüquqi müstəvidə həll etmək lazım gələcək. Açıq qarşıdurma göz qabağındadır. Ölkədə yalnız məhkəmənin həll edə biləcəyi arbitraj vəziyyəti yaranıb. Vergilər Nazirliyi qanunvericiliyi özü bildiyi kimi təfsir etməyə heç kimə icazə vermir və o haqlıdır. Supermarketlər ölçüsü gəlirlərini üstələyən ƏDV-yə qarşı çıxırlar, malların qiymətlərinin bir az da qaldırılması isə sosial münaqişələrə gətirib çıxara bilər. Və onlar da haqlıdırlar, tələbləri xalqa daha yaxındır.

Bu mübahisə necə həll olunursa olunsun, bu gün bir şey bəllidir: ən sadə məsələlərin belə həllində kəskin qərarlar vermək olmaz, ələlxüsus vacib sosial əhəmiyyətə malik məhsulların vergiqoyma dərəcəsi kimi mürəkkəb və vacib problemlərin həllində. Bu gün tərəflər nə qədər dirənsələr də, həyat onları hansısa bir güzəştə getməyə məcbur edəcək — məmurlar və iş adamları danışıqlar masasının arxasına oturacaqlar. Sadəcə, daha effektiv həll yollarının meydana çıxa biləcəyi açıq müzakirələrdən qorxmamaq lazımdır. Buna görə də, virtualaz.org və haqqin.az bu problemə bu qədər böyük diqqət ayırır.



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə