Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Türkiyə yeni baş nazirini seçir YENİLƏNİB
Türkiyə yeni baş nazirini seçir  YENİLƏNİB
22 May 2016 / 13:18 / Baxış sayı: 712
Font1 Font2 Font3 Font4

Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) fövqəladə qurultayı keçirilir.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xatırladır ki, qurultay “Ankara Arena”da baş tutur. AKP-nin yeganə baş nazir namizədi Binəli Yıldırım da arenanın salonuna 11:30-da daxil olaraq öz yerini tutub. Namizəd partiya üzvlərini “Ərdoğan mahnısı” ilə salamlayıb.

Qurultaya 6 min adam dəvət olunub. Davudoğlunun seçildiyi seçkidə qurultaya əcnəbi siyasətçilər də dəvət olunmuşdu, amma budəfəki qurultayda xarici ölkə nümayəndələri yer almayıblar.

Qurultayda hazırkı baş nazir Əhməd Davudoğlunun da çıxışı gözlənilir.

Qeyd edək ki, səsvermədə 1470 nümayəndə səs verəcək.

 

*   *   *10:40

Bu gün Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) qurultayında partiyanın yeni sədri seçiləcək.

APA-nın məlumatına görə, qurultay Türkiyə vaxtı ilə saat 10:00-da (Bakı vaxtı ilə 11:00) Ankara Arena İdman Salonunda başlayacaq.

Sədr postuna yeganə namizəd Binali Yıldırımdır. B.Yıldırım Rəcəb Tayyib Ərdoğan və Əhməd Davudoğludan sonra AKP-nin üçüncü sədri olacaq. Ə.Davudoğlu qurultayda sonuncu dəfə partiya sədri və baş nazir kimi çıxış edərək vidalaşacaq.

Qurultayda prezident R.T.Ərdoğan, B.Yıldırım və Ə.Davudoğlunun həyatı barədə qısa sənədli filmlər nümayiş etdiriləcək. Bu qurultaya ötən qurultaylardan fərqli olaraq xarici dövlət başçıları dəvət edilməyib. Qurultaya xarici ölkələrin Türkiyədəki səfirləri dəvət edilsə də, Misir, Banqladeş və Rusiya səfirləri dəvət olunmayıb. Terrorla mübarizə məsələsində ortaya qoyduğu mövqe səbəbindən Xalqların Demokratik Partiyası (HDP) də qurultaya dəvətli deyil. Qurultay “Uğurlu yürüşə davam” şüarı altında keçiriləcək.

B.Yıldırıma bu gün prezident R.T.Ərdoğan tərəfindən hökuməti qurmaq səlahiyyəti veriləcəyi və B.Yıldırımın çərşənbə günü Milli Təhlükəsizlik Şurasının toplantısına baş nazir kimi qatılacağı gözlənilir.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə