Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Sərkisyan tələfat olmadan da əraziləri verə bilərdi – Hayrikyan
Sərkisyan tələfat olmadan da əraziləri verə bilərdi – Hayrikyan
22 May 2016 / 13:36 / Baxış sayı: 744
Font1 Font2 Font3 Font4

Ermənistan Prezidenti Serj Sərkisyan yenə də tənqidə məruz qalıb.

ANS-in məlumatına görə, ölkə rəhbərinin hərəkətlərindən bu dəfə Milli Müqəddəratını Təyinetmə birliyinin sədri Paruyr Hayrikyan narazı qalıb.

Bu gün mətbuat konfransında çıxışı zamanı sədr bildirib ki, Ermənistan prezidenti 800 hektar ərazini itirilmiş hesab edirsə, onu tələfat olmadan da verə bilərdi. Paruyr Hayrikyan deyib ki, indi əsas məsələ həqiqətən həmin ərazilərin itirilib-itirilməməsi deyil. Əsas məsələ prezidentin xalqa yalan danışmasıdır.

“Axı niyə əvvəldən xalqı aldadırdın? Əgər biz sülh yolu ilə gediriksə, onda prezident deməli idi: “Biz o halda danışıqları davam etdirəcəyik ki, 1994-ci ilin mövqeyini yenidən bərpa edə bilək”. Hazırda da Sarkisyanın heç nə danışmaması öz yalanlarını bir daha ört-basdır etməsinə bir nümunədir”.

Mayın 17-də Vyanadakı görüşdən qayıdan Ermənistan Prezidenti Serj Sərkisyan erməni mediasına müsahibəsində ərazilərin itirilməsi mövzusuna toxunaraq qeyd edib ki, xəritə mövcuddur və hesablamalar aparılır. “Əgər nəyisə itirirsənsə, bunu başa düşmək lazımdır. Həmin ərazinin hansı əhəmiyyətə malik olmasından asılı olmayaraq, bunu qəbul etməlisən, bu istər strateji, istər taktiki, istərsə də bir qədər psixoloji əhəmiyyətə malik olsa belə. Biz 800 hektara yaxın ərazi itirmişik”, – deyə prezident vurğulayıb.

Ötən gün isə Ermənistan parlamentinin İrs Partiyasından olan deputatı Zarui Postancyan da prezidentə qarşı aqressiv mövqedən çıxış edərək deyib ki, Sərkisyanın aprel döyüşlərində cəmi 800 hektar ərazi itirilməsi barədə bəyanatı hakimiyyətin bundan sonra da geri çəkilməyə hazır olmasından xəbər verir.

Qeyd edək ki, Müdafiə Nazirliyinin açıqlamasında bildirilir ki, həqiqətdə Silahlı Qüvvələrimiz tərəfindən 2000 hektardan artıq ərazi azad edilib və daha çox ərazi əməliyyat baxımından nəzarətimiz altına keçib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə