Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Baş nazir: “Ukrayna “Eurovision”dan imtina etməyəcək”
Baş nazir: “Ukrayna “Eurovision”dan imtina etməyəcək”
23 May 2016 / 10:43 / Baxış sayı: 624
Font1 Font2 Font3 Font4

Ukrayna “Eurovision” 2017–dən imtina etməyəcək.

Bunu Ukraynanın baş naziri Vladimir Qroysman “1+1” telekanalına müsahibəsində bəyan edib.

“Biz heç bir halda “Eurovision”-dan imtina etməyəcəyik. Bu, bizim üçün böyük şərəfdir. Hökumət beynəlxalq müsabiqənin peşəkar səviyyədə keçirmək üçün maksimal səy göstərəcək”, – deyə V.Qroysman bildirib. Xatırladaq ki, bundan əvvəl Ukraynanın maliyyə naziri Aleksandr Danilyuk sərf ediləcək xərcləri nəzərə alaraq müsabiqəyə sahiblik hüququnu digər ölkəyə verilə biləcəyini bildirmişdi

Onu da qeyd edək ki, “Eurovision”-2016 müsabiqəsinin finalı mayın 14-də İsveçin paytaxtı Stokholmda baş tutub. Müsabiqədə ukraynalı müğənni Camala qalib gəlib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə