Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Saakaşvilinin iş binasında axtarış aparıldı
Saakaşvilinin iş binasında axtarış aparıldı
26 May 2016 / 20:16 / Baxış sayı: 998
Font1 Font2 Font3 Font4
Odessa qubernatoru: “Bunu heç Şimali Koreyada etmirlər”Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin rəhbərlik etdiyi Odessa vilayət dövlət administrasiyasının kabinetlərindən birində axtarış aparılıb. Axtarış Ukrayna Milli Təhlükəsizlik və Baş prokurorluq əməkdaşları tərəfindən aparılıb.
Axtarışlar Odessa qubernatoru Mixail Saakaşvilinin köməkçi-məsləhətçisi, Gürcüstanın sabiq-baş konsulu Teymuraz Nişnianidzenin kabinet və evində həmçinin “Odessanın xeyirinə” fondunda aparılıb.
İlkin məlumata görə, axtarışlar bir neçə cinayət faktı üzrə açılan istintaq hərəkətləri çərçivəsində aparılıb. Onlardan biri 2012-2013 ildə Gürcüstanın Baş konsulluğunun vəzifəli şəxslərinə qarşı açılan əlavə dəyər vergisinin qanunsuz kompensasiyası faktı üzrədir.
İşin materiallarına əsasən, diplomatlar guya 20 milyon qrivna (118 min AZN) dəyərində Kiyev mağazalarından brend əşyalar və geyim əldə ediblər. Bu gün müstəntiqlər bu işlə bağlı Louis Vuitton və Prada mağazalarına, həmçinin Dövlət maliyyə xidmətinə baş çəkiblər.
Hadisə yerinə gələn Odessa vilayət dövlət administrasiyasının başçısı Mixail Saakaşvili binasında axtarışları “siyasi təxribat” adlandırıb . Odessa qubernatoru yoxlamaya gələnlərə dərhal binanı tərk etməyi tələb edib. Bir müddət əvvəl Mixail Saakaşvili əslən azərbaycanlı Ukrayna Dövlət Fiskal Xidmətinin rəhbəri Roman Nəsirovu işində buraxdığı nöqsanlara görə sərt tənqid edib. Saakaşvili, hesab edir ki, Dövlət Fiskal Xidməti gömrükdə islahatların öhdəsindən gələ bilmir.
Odessa qubernatoru Mixail Saakaşvili və Odessa gömrüyünün rəhbəri Yuliya Maruşevskaya Ukrayna Dövlət Fiskal Xidmətinin rəhbəri azərbaycanlı Roman Nəsirovu ittiham ediblər. Onlar Nəsirovu Odessa gömrüyündə bütün korrupsiyaya qarşı layihələri dayandırmaqda günahlandırırlar. Onlar Dövlət Fiskal Xidmətinin rəhbərinə öz iradlarını baş nazir Vladimir Qroysmanın iştirakıyla keçirilən müşavirə zamanı bildiriblər.
Ukrayna Radasının deputatı və ölkənin Dövlət Fiskal Xidmətinin rəhbəri Roman Mikayıl oğlu Nəsirov 1979-cu il martın 3-də Kiev şəhərində anadan olub. Onun atası Mikayıl Nəsir oğlu Nəsirov 1976-ci ildə Azərbaycandan Ukraynaya gedib və ukraynalı xanımla ailə qurub. Bu nigahdan doğulan Roman uşaqlığından Ukraynada böyüyüb.
arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə