Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Polis rəisi qəzaya düşdü
Polis rəisi qəzaya düşdü
27 May 2016 / 15:59 / Baxış sayı: 1222
Font1 Font2 Font3 Font4

Ağdaş rayonundan Göyçay rayonu istiqamətində hərəkət edən “Hyundai IX 35” markalı 90 AP 579 dövlət qeydiyyat nişanlı minik maşınını idarə edən Etibar Abduyev idarəetməni itirərək yoldan çıxıb və aşıb.

Etibar Abduyev müxtəlif dərəcəli ağır bədən xəsarətləri ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıb. O, xəstəxanada ilkin tibbi yadım göstərildikdən sonra Bakıdakı xəstəxanalardan birinə göndərilib. Hadisəyə səbəb magistral yolda maşının önünə iribuynuzlu mal-qaranın çıxması olub.

Qeyd edək ki, Etibar Abduyev Ucar Rayon Polis Şöbəsinin rəisidir. O, qəza zamanı Ucar rayonuna işə gedirmiş və həmin anda avtomobili özü idarə edirmiş.

Xatırladaq ki, E.Abduyev daxili işlər naziri, general-polkovnik Ramil Usubovun müvafiq əmri ilə bu il mayın 14-də Qəbələ Rayon Polis Şöbəsinin rəisi vəzifəsindən azad edilərək Ucar RPŞ-yə rəis təyin edilib. Faktla bağlı araşdırma aparılır.

Göyçay rayonunda yol-nəqliyyat hadisəsi baş verib, sürücü xəsarət alıb. “Report”un məlumatına görə, hadisə Bakı-Şamaxı-Yevlax magistral yolunun Göyçay rayonunun Mirzəhüseynli kəndi ərazisindən keçən hissəsində baş verib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə