Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Merkel ABŞ və Rusiyadan Suriya məsələsində razılağa gəlməyi tələb etdi
Merkel ABŞ və Rusiyadan  Suriya məsələsində razılağa gəlməyi tələb etdi
07 Sentyabr 2016 / 14:21 / Baxış sayı: 660
Font1 Font2 Font3 Font4

arxiv.bizimxeber.az saytı xarici mediaya istinadən xəbər verir ki, Almaniya kansleri Anqela Merkel ABŞ və Rusiyanın  Aleppo bölgəsində atəşkəs şərtləri ilə razılaşmalı olduqlarını bəyan edib. Qeyd edək ki, Aleppoda bombalanan ərazilərdə tibb məntəqələri də var və dinc əhali atəş altındadır. 

“Mən yalnız ümid edə bilərəm ki, ABŞ və Rusiya tibb müəssisələrinin və həkimlərin də atəş altında olduğu bölgədə atəşkəs şərtəri ilə razılığa gələcək. O bölgədə mülki əhali təhlükədədir. Buna heç cür haqq qazandırmaq olmaz”,-kansler bəyan edib.

Xatırladaq ki, suriyalı könüllülər Bəşər Əsəd ordusunu Aleppoda şəhərkənarında kimyəvi silah istifadə etməkdə günahlandırırdı. !00-dən çox adam xlorlu hücuma məruz qaldığı üçün xəstəxanalara yerləşdirilib.

Alepponun 250 mindən çox əhalisi  hələ də üsyançıların mühasirəyə aldığı ərazilərdədir.

Suriya konfliktinin Aleppo bölgəsində ABŞ və Rusiyanın atəşkəs razılığı barədə bəyanat veriləcəyi gözlənilən G20 sammitində tərəflər susdu. Məlum oldu ki, rəsmi Vaşinqton və Moskva məsələ ilə bağlı hələ də ortaq məxrəcə gələ bilməyiblər.

 

arxiv.bizimxeber.az 



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə