Aznews.az saytına yeni baş redaktor təyin edilib. arxiv.bizimxeber.az-ın məlumatına görə, bu posta tanınmış telejurnalist Ceyhun Əsgərov gətirilib.
Qeyd edək ki, ötən gün bu posta tanınmış jurnalist Əvəz Qurbanlının təyin olunması barədə mətbuatda məlumat yayılmışdı. Ə.Qurbanlı isə arxiv.bizimxeber.az-a açıqlamasında özünün təyinatı barədə yayılan xəbərləri təkzib edib.
Məlumat üçün bildirək ki, C.Əsgərov şəhid jurnalist Salatın Əsgərovanın oğludur.
Aznews.az saytı 2011-ci ildə yaradılıb. Saytın İlk baş redaktoru tanınmış telejurnalist İradə İsak və redaktoru tanınmış jurnalist, Penitensiar Xidmətin keçmiş mətbuat xidmərinin rəhbəri Yasar İsakov olub.
arxiv.bizimxeber.az