Qazaxıstan prezidenti Nursultan Nazarbayev Bakıtjan Sagintayevi baş nazir postuna təyin edib.
Bu barədə Qazaxıstan prezidentinin mətbuat xidməti xəbər yayıb.
B. Sagintayev bu vaxtadək Kərim Məsimovun hökumətində baş nazirin I müavini olub. Müxtəlif vaxtlarda o, regional inkişaf naziri, Pavlodar vilayətinin akimi vəzifələrində çalışıb.
Qeyd edək ki, sentyabrın 8-də K. Məsimov baş nazir vəzifəsindən azad olunaraq Milli Təhlükəsizlik Komitəsinin rəhbəri təyin edilib.
arxiv.bizimxeber.az