Bakı şəhərində ümumtəhsil müəssisələrinin rasionallaşdırılması və təhsil infrastrukturunun səmərəli istifadəsi tədbirləri çərçivəsində bəzi məktəblərin uzun illər potensial şagird tutumundan dəfələrlə az şagird sayı ilə fəaliyyət göstərdiyinə və perspektivdə şagirdlərin artımı proqnozlaşdırılmadığına görə fəaliyyəti dayandırılır. Bəzən isə ərazi baxımından yaxın yerləşən məktəblər şagird sayının balanslaşdırılması və idarəetmənin təkmilləşdirilməsi üçün birləşdirilir.
Bu günlərdə 161 nömrəli məktəbin fəaliyyəti dayandırılıb. Məktəbin müəllim – şagird kontingenti 173 və 225 nömrəli məktəbə köçürülüb.
Şəbəkənin rasionallaşdırılması işi qarşıdakı illərdə də davam etdirilməlidir. Qeyd edək ki, bu il 161 nömrəli məktəbin müəllim-şagird kontingenti 173 və 225 nömrəli məktəbə köçürülüb.
arxiv.bizimxeber.az