İlkin araşdırma zamanı o da məlum olub ki, A.İbrahimova müddətdən artıq hərbi qulluqçu olub. Cütlüyün 2 azyaşlı övladı qalıb. Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
*****
20 sentyabr
Tovuzda qadını qətlə yetirən şəxs saxlanılıb. APA-nın qərb bürosunun məlumatına görə, 24 yaşlı İbrahimova Aytəkin Ədalət qızını boğazını kəsərək öldürən şəxs onun həyat yoldaşı, Alakol kənd sakini 1985-ci il təvəllüdlü Hüseynov Taleh Aydın oğludur. Taleh Hüseynov artıq polis əməkdaşları tərəfindən saxlanılıb. İlkin məlumata görə, qətl ailədaxili münaqişə zəminində baş verib. Ailənin iki övladı olub.
*** 20.17
Tovuzda dəhşətli qətl hadisəsi baş verib. APA-nın qərb bürosunun məlumatına görə, hadisə rayon avtovağzalı ərazisində baş verib. Tovuz rayon Alakol kənd sakini 1992-ci il təvəllüdlü İbrahimova Aytəkin Ədalət qızı boğazı bıçaqla kəsilərək qətlə yetirilib. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparırlar.
arxiv.bizimxeber.az