Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Pambığa görə növbəti güzəşt
Pambığa görə növbəti güzəşt
26 Sentyabr 2016 / 18:02 / Baxış sayı: 716
Font1 Font2 Font3 Font4

Kənd təsərrüfatı məhsullarının istehsalçılarına son məhsullara görə subsidiya veriləcək məhsulların siyahısı hazırlanır. 

Kənd Təsərrüfatı Nazirliyindən virtualaz.org saytın verilən məlumata görə, kənd təsərrüfatı məhsullarının, o cümlədən pambıq və pambıq məhsullarının istehsalına və emalına görə hüquqi və fiziki şəxslərə subsidiyaların verilməsi prosedurlarının müəyyən edilməsi, subsidiyaların verilməsinin istiqamətləri və məbləğləri, ayrılan subsidiyaların təyinatı üzrə səmərəli istifadəsinə nəzarətin gücləndirilməsi məqsədilə işçi qrupu yaradılıb.

İşçi qrupu kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına, buğda və çəltik səpininə, barama istehsalına və tədarükünə, pambıq, tütün və digər texniki bitkilərin əkilməsinə və “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti, eləcə də digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına güzəştlə satılan mineral gübrələrə və pestisidlərə subsidiyaların verilməsi mexanizminin daha da təkmilləşdirilməsi barədə təkliflər hazırlayacaq.

Həmçinin qrupa müasir texnologiyalar əsasında məhsul istehsalının artırılması məqsədi ilə kənd təsərrüfatı məhsullarının istehsalçılarına son məhsula görə subsidiyaların verilməsi qaydasını, onun şərtləri və məbləğləri barədə təklifləri də hazırlayaraq razılaşdırılması üçün aidiyyəti qurumlara təqdim etməsi tapşırılıb.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə