Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Çirkli avtomobilə görə cərimə …- VİDEO
Çirkli avtomobilə görə cərimə …- VİDEO
27 Sentyabr 2016 / 17:13 / Baxış sayı: 1306
Font1 Font2 Font3 Font4
Paytaxt və rayonlararası yollarda belə avtomobillərə tez-tez rast gəlinir

Avtomobil toz-torpaq içərisindədir. Yağan yağış onun çöl görüntüsünü bərbad hala salıb. Dövlət nömrə nişanının üzərindəki çirk isə onun uzaq məsafədən görünməsinə mane olur. Paytaxt və rayonlararası yollarda belə avtomobillərə tez-tez rast gəlinir. Xüsusilə də yağışlı havalardan sonra avtomobilini yumayan sürücülər belə mənzərələrin ortaya çıxmasına səbəb olurlar.

“Yol hərəkəti haqqında” qanunda bu məsələ öz əksini tapıb və belə sürücülər qanunla cərimələnirlər. Ancaq bu məsələ sürücü ilə yol polisi arasında mübahisələrə gətirib çıxarır. Sürücü avtomobilin cərimələnəcək qədər çirkli olmadığını, yol polisi isə sürücünün qaydanı pozduğunu bildirir.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyir ki, bu məsələ ilə bağlı Yol Hərəkəti Haqqında qanunda konkret müddəalar var. Qanuna görə, sürücülər dövlət qeydiyyat nişanını və görməyə mane olmaması üçün şüşələri təmiz saxlamalı, həmçinin yol örtüyünü çirkləndirəcək vəziyyətdə yola çıxmamalıdırlar. Bu qaydaya əməl etməyən sürücü cərimələnə bilər.

Bəzi məqamlar var ki, avtomobil çirkli olsa belə, sürücü buna görə cərimə oluna bilməz. Bütün bunlarla belə, ekspertlər sürücülərə avtomobillərini təmiz saxlamalarını, digər sürücülərin diqqətini dağıdacaq hərəkətlərdən qaçmalarını tövsiyyə edirlər.

arxiv.bizimxeber.az 



Çirkli avtomobilə görə cərimə …- VİDEO yazısına 1 şərh yazıldı




Yuxarı Geri Ana səhifə