Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bolqarıstanın vitse – prezidenti Gəncə şəhərinə səfər edib
Bolqarıstanın vitse – prezidenti Gəncə şəhərinə səfər edib
29 Sentyabr 2016 / 13:53 / Baxış sayı: 492
Font1 Font2 Font3 Font4

V Bakı Beynəlxalq Humanitar Forumunun işində iştirak üçün Azərbaycanda olan Bolqarıstanın vitse-prezidenti Marqarita Popova və rəhbərlik etdiyi nümayəndə heyəti Gəncə şəhərinə səfər edib. Səfər çərçivəsində Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev qonağa şəhər haqqında ətraflı məlumat verib. 

Marqarita Popovanın Nizami yurduna səfəri dünyanın ən böyük 5 parkından biri olan “Heydər Əliyev Park Kompleksi” ilə tanışlıqla başlayıb.

Diplomat xanım parkda əhalinin istirahəti üçün yaradılan şəraitlə tanış olub. Daha sonra Ulu Öndər Heydər Əliyevin adını daşıyan mərkəzdə dünya şööhrətli siyasətçinin həyat və siyasi fəaliyyətini əks etdirən stendlərə baxış keçirib.

Xoş təəssüratlarını mərkəzin xatirə kitabına yazan Marqarita Popova şəhərlə tanışlıq imkanı da əldə edib. Qonaq Məhsəti Mərkəzi, Gəncəçay Park-Bulvar Kompleksi, Nizami Gəncəvi Məqbərəsi və Nizami Gəncəvi Muzeyi, Qala Qapıları Arxeologiya və Etnoqrafiya Muzeyi ilə yaxından tanış olub. Bolqarıstanın vitse – prezidenti həmçinin “ASAN xidmət”in fəaliyyəti ilə maraqlanıb.

Marqarita Popova – Bolqarıstanın vitse-prezidenti: “Biz Azərbaycanın qədim mədəni köklərini özündə birləşdirən Nizami yurdundayıq. Gəncə bu il üçün Avropanın Gənclər Paytaxtı seçilib, gələn il üçün isə Bolqarıstanın paytaxtı Avropa gənclərinin mərkəz şəhəri olacaq. Yəni bu estafet Gəncədən bizə ötürüləcək. Bu baxımdan mənim Azərbaycanda, xüsusilə də Gəncədə olmağım qürurvericidir. Burada ən çox xoşuma gələn xalqınızın qonaqpərvər olmasıdır ki, biz də bundan çox məmnunuq”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə