Sentyabrın 26-da Azərbaycanda keçirilən ümümxalq referendumun ardınca ciddi siyasi-iqtisadi islahatların başlanacağı proqnozları artıq verilib. Administrasiyanın bir neçə rəsmisi açıq şəkildə bildirb ki, islahatlar qaçılmazdır və biz bunun şahidi olacağıq?
Bu arada Milli Məclisin buraxılması, yenidən parlament seçkilərinin keçiriləcəyi kimi məlumatlar gündəmi əməlli bağlı məşğul etməkdədir. Bəs parlament buraxılarsa və yeni seçki keçirilərsə nələr baş verəcək?
arxiv.bizimxeber.az-a daxil olan məlumata görə, bu barədə məlumatlı olan biznesmen millət vəkilləri əməlli başlı narahat olmağa başlayıblar. Parlamentə hansısa yollarla düşən, seçicini və seçildiyi rayona aylarla getməyən millət vəkilləri artıq bilirlər ki, bu dəfə şeçim də, qaydalar da fərqli olacaq. Daha doğrusu, onların parlamenti daha olmayacaq. Odur ki, indidən müxtəlif yollar axtarmağa başlayıblar. Bu çabaların heç bir mənası yoxdur.
Ümumiyyətlə, parlamentə təmsil olunan neçə deputatın işini və bü günə olan fəaliyyətini qənaətbəxs hesab etmək olar? Onlar harda təhsil alıblar? Millət vəkili olmazdan əvvəl hansı fəaliyyətlə məşgul olublar?
Bu barədə apardığımız aparadırmalar yeni bir layihə olaraq yaxın günlərdə sizlərə təqdim olunacaq. Hər bir deputatın əvvəlki və indiki fəaliyyəti incələnəcək, onların əvvəl hansı işlə məşgul olduğu, parlamentə neçə düşməsi apaşdırılacaq…
arxiv.bizimxeber.az
60 % gənclər parlamentə seçilsə düzgün olar!
Faydasız quruma çeviriblər, emosional, populist çıxışlar, bəyanatlarla məşğul olurlar!
Bu proses də yenə kosmetik prosesə daha çox oxşayır…