Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İlham Əliyev Bakıda səfərdə olan Roma Papası Fransiski qəbul edib
İlham Əliyev Bakıda səfərdə olan Roma Papası Fransiski qəbul edib
02 Oktyabr 2016 / 19:17 / Baxış sayı: 1024
Font1 Font2 Font3 Font4

Azərbaycan prezidenti İlham Əliyev Bakıda səfərdə olan Roma Papası Fransiski qəbul edib.

Görüşdə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva da iştirak edib.

Görüş zamanı İlham Əliyev Papaya dəvəti qəbul edərək Azərbaycana səfər etdiyinə görə minnətdarlığını bildirib. Prezident Azərbaycanda bütün dinlərin nümayəndələrinin bir ailə kimi yaşadığını diqqətə çatdırıb.

*   *   *15:32

Azərbaycana rəsmi səfərə gələn Roma Papası Fransiskin rəsmi qarşılanma mərasimi olub. Azərbaycanın və Müqəddəs Taxt-Tacın bayraqlarının dalğalandığı meydanda Roma Papasının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidenti İlham Əliyevə raport verdi.

Azərbaycan Prezidenti İlham Əliyev Roma Papası Fransiski qarşıladı.

Müqəddəs Taxt-Tacın və Azərbaycanın himnləri səsləndirildi.

Fəxri qarovul dəstəsinin rəisi Roma Papasına raport verdi.

Prezident İlham Əliyev və Roma Papası Fransisk fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Roma Papası Azərbaycan əsgərlərini salamladı.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə