Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İran sərhədində silahlı toqquşma: 12 terrorçu öldürüldü
İran sərhədində silahlı toqquşma: 12 terrorçu öldürüldü
04 Oktyabr 2016 / 22:00 / Baxış sayı: 892
Font1 Font2 Font3 Font4

İranın sərhədyanı Kirmanşah əyalətində terrorçular ilə Sepah qüvvələri arasında atışma baş verib.

APA-nın məlumatına görə, atışma nəticəsində 12 terrorçu öldürülüb, çoxlu sayda silah-sursat götürülüb.

İslam İnqilabı Keşikçilər Korpusunun Quru Qoşunlarının komandiri Məhəmməd Xakpur bildirib ki, bu gün sərhədi keçməyə cəhd edən terrorçula rın ölkəyə girişinin qarşısı alınıb.

“ABŞ və İsrailin dəstəklədiyi terrorçu qruplar və inqilaba zidd qüvvələr ölkə ərazisinə keçərək təxribat törətmək istəyib. Nəcəf qərargahının təhlükəsizlik qüvvələri onların qarşısını alıb və qruplaşma üzvləri tamamilə məhv edilib. Qruplaşmanın 12 üzvi öldürülüb və onlardan silah-sursat müsadirə olunub”, – deyə Məhəmməd Xakpur bildirib.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə