Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Hesablama palatası “Naxçıvan Kredit”i bağladı
Hesablama palatası “Naxçıvan Kredit”i bağladı
05 Oktyabr 2016 / 15:36 / Baxış sayı: 730
Font1 Font2 Font3 Font4

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) “Naxçıvan Kredit” bank olmayan kredit təşkilatı (BOKT) MMC-nin  lisenziyasını ləğv edib. Palatadan  verilən xəbərə görə, bu qərar qurumun müraciəti əsasənda qəbul edilib. 

“Naxçıvan Kredit” BOKT MMC-nin təsisçilərinin ümumi yığıncağı BOKT-nin könüllü ləğv edilməsinə dair qərar qəbul edilib. Bununla əlaqədar olaraq Palataya müraciət olunub.

“Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1.1-ci maddəsini və Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsinin 5.3.20-ci bəndini rəhbər tutaraq “Naxçıvan Kredit” BOKT MMC-yə kreditlərin verilməsi fəaliyyətinə verilmiş 06 iyul 2006-cı il tarixli 192-QB nömrəli lisenziyasını ləğv edilib.

Palatanın Direktorlar Şurasının digər qərarı ilə poçt rabitəsinin milli operatoru olan “Azərpoçt” MMC-nin 7 şöbəsinə əsasnamələri ilə nəzərdə tutulan maliyyə xidmətlərinin həyata keçirilməsi üçün  icazələr verilib.

arxiv.bizimxeber.az 



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə