Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bakının ən böyük prospektlərindən biri bağlandı: tunellər su ilə dolub
Bakının ən böyük prospektlərindən biri bağlandı: tunellər su ilə dolub
17 Oktyabr 2016 / 17:13 / Baxış sayı: 0
Font1 Font2 Font3 Font4

Bakının ən böyük prospektlərindən biri nəqliyyatın hərəkəti üçün bağlanıb. Buna aramsız yağan yağışlar səbəb olub. Belə ki, yağışlar nəticəsində Ziya Bünyadov prospektində tunellər su ilə dolub. Bu səbəbdən də prospektin böyük bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. 

Bakı Nəqliyyat Agentliyindən APA-ya Z. Bünyadov prospektində nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulması xəbərini təsdiqləyiblər.

Bildirilib ki, hava şəraiti ilə əlaqədar Z. Bünyadov prospektinin bir hissəsində nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılıb. Nəticədə prospektdə hər iki istiqamətdə sıxlıq müşahidə olunur. Hazırda aidiyyəti qurumlar nəqliyyatın hərəkətinin bərpa edilməsi istiqamətində zəruri tədbirlər görür.
Agentlikdən həmçinin bildirilib ki, həmin istiqamətdə hərəkət edən sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə