Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

18 il sonra Rusiyada tutuldu – Səfirlikdən saxta pasport alıbmış
18 il sonra Rusiyada tutuldu – Səfirlikdən saxta pasport alıbmış
26 Oktyabr 2016 / 10:57 / Baxış sayı: 0
Font1 Font2 Font3 Font4

1998-ci ildə hərbi xidmətdən yayınaraq Rusiyaya qaçmış Azərbaycan vətəndaşı həbs edilib. Hadisə Çeropovets şəhərində baş verib. Əslində azərbaycanlı Çeropovetsdə başqa əməlinə görə –  qəsdən başqasının əmlakına ziyan vurduğu üçün məhkəməyə çıxarılıb.

Amma məhkəmə zamanı məlum olub ki, o, 18 ildir beynəlxalq axtarışdadır. İlkin araşdırmadan sonra o da məlum olub ki, 2000-ci ildə o, hansısa yolla Azərbaycanın Rusiyadakı səfirliyindən başqa adamın adına pasport da əldə edib. Hazırda onun bu və digər əməlləri də araşdırılır.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə