Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Lənkəranskinin mirası uğrunda savaş başladı
Lənkəranskinin mirası uğrunda savaş başladı
27 Oktyabr 2016 / 14:11 / Baxış sayı: 1322
Font1 Font2 Font3 Font4

“Qanuni oğrular” Rövşən Lənkəranskinin mirasını bölməyə başlayıblar.

arxiv.bizimxeber.az  aznews.az-a istinadən bildirir ki, Canıyevin Moskvadakı ən böyük aktivi olan göyərti, meyvə və tərəvəz satışı üzrə topdansatış bazarı Merab Suxumskinin tabeçiliyinə keçib.

Canıyevin daha böyük aktivləri isə son illərdə yaşadığı Türkiyədə olub. Bu aktivlər Rövşənin “nəzarəti” altında fəaliyyət göstərən kommersantlar və firmalardan, mehmanxanalar, narkotik maddələrin göndərilməsi kanallarından və s. ibarətdir.

Son zamanlar Canıyevin yaxın ətrafını bir tərəfdən “qanunçu” Hüseyn Əhmədov, digər tərəfdən isə Merab Suxumskinin əsasən Temur Nemsistverizde, Roin Uqlava (Mateviç), Dato Çuradzedən ibarət mafiya qrupu təşkil edib. İndi hər iki tərəf Rövşənin mirasına haqq iddia edir.

Hüquq-mühafizə orqanlarındakı mənbənin sözlərinə görə, hazırda tərəflər arasında açıq mübahisə getməsə də, bu, gözləniləndir: “Hələ ki, Hüseyn Slepoyla Merabın qruplaşmasına daxil olan “oğrular” arasında birbaşa münaqişə yoxdur. Lakin hər şey buna doğru gedir. Rövşənin mirasının sülh yolu ilə “bölgüsü” alınmır”.

arxiv.bizimxeber.az 



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə