Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Əsrin tibbi sirri – “Günəşli oğlanlar” -Video
Əsrin tibbi sirri – “Günəşli oğlanlar” -Video
16 Noyabr 2016 / 11:22 / Baxış sayı: 1658
Font1 Font2 Font3 Font4

Pakistanda həkimlər iki yerli sakinin müəmmalı vəziyyətlərini araşdırmaqda davam edirlər.

“Technote.az”a xəbər verir ki, bir ailədə böyüyən iki qardaş öz yaşıdlarından çox fərqlənirlər. Gün ərzində 13 yaşlı Ahmed Shoaib və onun 9 yaşlı qardaşı Abdul Rasheed məktəbdə oxuyur və dostları ilə həyətdə oynayırlar. Lakin axşamın düşməyi ilə bu uşaqlar vegetativ vəziyyətə düşürlər. Yəni onlar hərəkət edə, ağızlarını və gözlərini aça bilmirlər. Bu, dünyada ilk belə bir haldır. Pakistanda onları “Günəşli oğlanlar” adlanıdırırlar. Hazırda uşaqlar İslamabadda pulsuz müayinədən keçirlər. Uşaqlar indiyənə kimi 300-ə yaxın testlərdən keçsələr də orqanizmin bu cür reaksiyasının tam səbəbi hələ bilinmir. Həkimlər yalnız onu müəyyən ediblər ki, bu vəziyyət işığın olmaması ilə əlaqədardır.

Təcrübələrdən birində qardaşları tamamilə qaranlıq otağa yerləşdiriblər. Lakin bu üsul heç bir effekt verməyib. Onların bədənləri işığa deyil, günün müəyyən saatlarına reaksiya verir. Ailənin yaşadığı ərazidən müşahidə üçün torpaq, su və hava nümunələri götürüblər. Uşaqların qan nümunələri isə dünyanın bir çox mütəxəssisinə göndərilib. Lakin nümunələrin analizi zamanı qeyri-adi bir şeyə rastlanmayıb.

Bu halın yaranmasına əsas səbəb kimi genetik anomaliya yəni, qan qarışığı (insest) göstərilir. Belə ki, oğlanların ata və anaları yaxın qohumdurlar. Ailənin ilk iki uşağı hələ balaca vaxtı vəfat ediblər. Daha biri adi həyat tərzi sürür. İkisi bu sirli hala düşüb. 6-cı uşaq isə 1 yaşlı körpədir. Məlumata əsasən 1 yaşlı körpə də artıq bu xəstəliyin simptomlarını göstərməyə başlayıb.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə