Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Vidadi Zeynalov: “Ayda 500 min manatı Əli Abbasovun tapşırığı ilə almışam” – YENİLƏNİB
Vidadi Zeynalov: “Ayda 500 min manatı Əli Abbasovun tapşırığı ilə almışam” – YENİLƏNİB
18 Noyabr 2016 / 16:57 / Baxış sayı: 1444
Font1 Font2 Font3 Font4

“Aztelekom” MMC epizodu üzrə ifadə verən Rabitə və Yüksək Texnologiya Nazirliyinin həbsdə olan sabiq aparat rəhbəri Vidadi Zeynalov MMC-nin direktoru Məhəmməd Məmmədovla üzləşib. Sabiq aparat rəhbəri 02.11.2015-ci il tarixli ifadəsində göstərib ki,  “Aztelekom” MMC Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin strukturuna daxil olan təşkilatlardan biri olub: “Nazir Əli Abbasov tərəfindən “Aztelekom” MMC-nin baş direktoru Məhəmməd Məmmədova tapşırıq verildi ki, hər ay, yəni 2009-cu ildən başlayaraq ayda onlara 500.000 manat pul verməlidirlər.

Ona görə də 2009-cu ildən başlayaraq “Aztelekom” MMC-dən aylıq “stabil” olaraq ona 500.000 manat pul gətirilib verildi. Həmin pulu ya Məhəmməd Məmmədov özü, ya köməkçisi Qulu və ya onun baş mühasibi Oktay Rüstəmov gətirirdi. Qulu çox az-az gəlirdi, belə ki, Məhəmmədin işi olduqda Oktay, olmadıqda pulu Qulu gətirib verirdi.

Hər ayın sonunda, bir qayda olaraq ayın 28-dən növbəti ayın 2-3-nə kimi olan müddətdə “Aztelekom” MMC-nin baş direktoru Məhəmməd Məmmədov nazir Əli Abbasovun qəbuluna gedib, birliyin gəlirləri, verəcəyi pulun miqdarı barədə onu məlumatlandırırdı.

Bildiyimə görə, birliyin direktoru nazirə gəlirlərini və gətirilib veriləcək məbləği bildirirdi. Çünki birliyin direktoru nazirin qəbulundan çıxandan sonra mənim yanıma gəlib nazirlə görüşdüyünü və birliyin baş mühasibi Oktayın mənimlə əlaqə saxlayacağını deyirdi.

Bundan sonra isə birliyin baş mühasibi Oktay Rüstəmov  zəng edib gəlmək istədiyini bildirir və razılıq verdikdən sonra çanta ilə yanıma gəlib yuxarıda qeyd etdiyim miqarda pulu verirdi. Heç vaxt gətirilən pulları saymamışam, çünki onlar ”paçka” şəklində və bağlanmış vəziyyətdə olurdu və pulun məbləğinin düz olduğuna inanırdım”.

V.Zeynalov ifadəsinin ardında bildirib ki, 2009-cu ildən başlayaraq 2013-cü ilin aprel ayına kimi “stabil” olaraq “Aztelekom” MMC-dən aylıq 500 min manat pul gətirilib. 2014-cü ildən başlayaraq isə mənə  aylıq 200.000 manat pul verilirdi. “Aztelekom” MMC-nin baş direktoru Məhəmməd Məmmədova bizə verdiyi pullardan başqa aylıq 50.000 manat pul qalırdı. Eşitdiyimə görə, Məhəmməd Məmmədov baş mühasibi Oktay Rüstəmova aylıq 3000 manat, köməçisi Quluya 1000 manat, digər müavinlərinə isə aylıq 1000-2000 manat arası pul verirdi. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin digər struktur qurumları kimi “Aztelekom” MMC də əsasən kabel çəkilişi, avadanlıq alınması, binaların təmir edilməsi və s. xərcləri müvafiq sənədlərdə yüksək göstərilmək yolu ilə əldə etdiyi vəsaitin bir hissəsini mənə verirdi. “Aztelekom” MMC-nin tabeçiliyində olan Telekommunikasiya qovuşağından 2009-2015-ci illər ərzində vəsaitlər köçürülmüş “Qafqaz-S İnşaat” MMC nazir Əli Abbasovun qaynı Elçin İbrahimova məxsus olub”.

İbtidai istintaq zamanı ifadələr arasında ziddiyyətlər olduğundan iş üzrə təqsirləndirilən “Aztelekom” MMC-nin sabiq baş direktoru Məmməd Məmmədov və nazirliyin sabiq aparat rəhbəri Vidadi Zeynalov arasında  üzləşmə aparılıb. Üzləşmə zamanı Vidadi Zeynalov bildirib ki, Məhəmməd Məmmədovun dedikləri ilə razıdır, əlavə ifadə vermək istəmir.

**15:49

“Aztelekom” İstehsal Birliyinin sabiq baş direktoru Məhəmməd Məmmədovun istintaqa verdiyi ifadə məlum olub.

Lent.az-ın ittiham aktına istinadən məlumatına görə, Məhəmməd Məmmədov ifadəsində bildirib ki, 2004-cü ildən “Aztelekom” İstehsalat Birliyinin baş direktoru vəzifəsində işləyib: “2015-ci ildə “Aztelekom” İstehsalat Birliyinin bazasında “Aztelekom” MMC təsis edildi. Cəmiyyət Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin struktur qrumu olduğundan MMC-nin fəaliyyətinə nazirliyin rəhbərliyi, yəni nazir Əli Abbasov, nazir müavinləri İltimas Məmmədov və Elmir Vəlizadə, aparat rəhbəri Vidadi Zeynalov nəzarət edirdi. İltimas Məmmədov texniki məsələlərə, Elmir Vəlizadə informasiya texnologiyalarına, Vidadi Zeynalov isə maliyyə məsələlərinə nəzarət edirdi. “Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmov nazirliyin nomenklaturası olduğuna görə o, birbaşa Vidadi Zeynalovla hesablaşırdı. Baş mühasibin işə qəbulu, işdən azad olunması, məzuniyyət və ezamiyyə əmrləri birbaşa nazirlik tərəfindən verilirdi. Vidadi Zeynalov Oktay Rüstəmovun özünə göstəriş vermişdi ki, aylıq olaraq pul toplayıb ona təqdim etsin. Oktay Rüstəmov tərəfindən Vidadi Zeynalova 2009-2013-cü illərdə hər ay stabil olaraq 500.000 manat, 2014-2015-ci illərdə isə aylıq 200.000 manat pul verilib. Qeyd edilən vəsaitlər Oktay Rüstəmov tərəfindən nağd olaraq toplanıb, həmin proseslərə  müdaxilə etmək, qarşısını almaq səlahiyyətlərim yox idi. Sadəcə olaraq, cəmiyyətin baş direktoru kimi gedən proseslərdən məlumatım olurdu”.

Sabiq baş direktor ifadəsində bildirib ki, RYTN-nə tabe olan struktur qurumlardan beynəlxalq trafik mübadiləsini təşkil edən “Azintelekom” MMC olub: “Beynəlxalq telefon danışıqlarının mübadiləsi “Azintelekom” MMC ilə “Aztelekom” MMC-nin arasında bağlanmış qarşılıqlı hesablaşma müqaviləsi əsasında həyata keçirilib. Müqavilənin şərtlərinə görə xarici dövlətlərdən Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən “Aztelekom” MMC-nin abunəçilərinə daxil olan telefon zənglərinə görə “Azintelekom” MMC “Aztelekom” MMC-yə, “Aztelekom” MMC-nin telefon abunəçilərindən xarici dövlətlərə edilən zənglərə görə isə “Aztelekom” MMC “Azintelekom” MMC-yə ödənişləri həyata keçirib. Beynəlxaq danışıq trafikinə görə xidmət göstərdiyi üçün “Azintelekom” MMC-dən “Aztelekom” MMC-nin hesabına aylıq 1.000.000-2.000.000 manat arası vəsait köçürülüb. “Azintelekom” MMC-nin hesabından köçürülən vəsait birbaşa və ya dolayı yolla Vidadi Zeynalova ödənilib.

Belə ki, Vidadi Zeynalov baş mühasib Oktay Rüstəmova göstəriş verdiyi üçün “Azintelekom” MMC-dən daxil olan vəsait onun dediyi müəssisələrə köçürülüb. Podratçı təşkilatların hesabına köçürülmüş vəsaitlərin müəyyən hissəsi, vəsaitlərin əsas hissəsi isə “Optik Rabitə Montaj”, “Optik Rabitə Tikinti və Quraşdırma”, “Rabitəçi İstirahət Bazası”, “Qafqaz-S İnşaat” və “Komplas” MMC-lərin hesablarına köçürülməklə, müxtəlif müqavilələr əsasında nağdılaşdırılaraq Oktay Rüstəmovun vasitəsi ilə Vidadi Zeynalova verilib. Bütün ödənişlər bank hesabları vasitəsi ilə köçürülürdü.

“Aztelekom” MMC-nin bank hesabı “Kapitalbank” ASC-nin Rabitə filialında olub. “Aztelekom” MMC kimi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeçiliyinə olan digər struktur qurumlarının rəhbərləri tərəfindən aparat rəhbəri Vidadi Zeynalova aylıq vəsait vermələrini eşidirdim,  həmin ödənişlərin hansı məbləğ təşkil etməsini bilmirdim.

Qeyd edək ki, 2015-ci ilin noyabr ayının 13-də Baş Prokurorluğun Rabitə və Yüksək Texnologiyalar Nazirliyindəki həbslərlə bağlı yaydığı rəsmi məlumata görə, nazirliyin Aparat rəhbəri V.Zeynalovun qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi, tam yerinə yetirilmədiyi, avadanlıqlar alınmadığı, istifadə olunan avadanlıqların, xidmətlərin qiymətlərinin isə 4-5 qat şişirdilməsi və digər üsullarla işlərin və xidmətlərin guya yerinə yetirilməsini özlərinin himayə etdikləri, yaxın münasibətdə olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat pul vəsaitinin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsini təşkil etməsində şübhələr üçün əsaslar müəyyən edilib.

Bundan başqa, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən RYTN sistemində həyata keçirilmiş yoxlamalar nəticəsində “Aztelekom” MMC-nin sabiq baş direktoru M.Məmmədov, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin sabiq rəhbəri B.Hüseynov, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin baş mühasibi A.Mustafayev, “AzİnTelekom” MMC-nin sabiq baş direktoru C.Cəfərov, “Azərpoçt” MMC-nin sabiq baş direktoru Q.Bəybalayev, “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin baş mühasibi S.Hümbətov, həmçinin E.Məmmədov, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin (BTRİB) Nizami telefon qovşağının sabiq rəisi F.Seyidov və həmin birliyin baş mühasibi R.Məmmədov, “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru B.Vəliyev, “Optik Qurğular” İdarəsinin rəisi N.Məmmədov və “Aztelekom” MMC-nin baş mühasibi O.Rüstəmov da saxlanılıb. Daha sonra məhkəmə onlar barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə qərar verib.

RYTN-in mənimsəmədə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən 11 keçmiş əməkdaşı ümumilikdə 40 milyon manat pulu mənimsəməkdə ittiham olunurlar. İittiham aktına əsasən, A.Mustafayev 567 min, E.Məmmədov 7 milyon 700 min, O.Rüstəmov 250 min, S.Hümbətov 600 min, Q.Bəybalayev 2 milyon, C.Cəfərov 1,5 milyon, B.Vəliyev 204 min, V.Zeynalov 8 milyon, B.Hüseynov 10 milyon və N.Məmmədov isə 4 milyon manat mənimsəməkdə təqsirli bilinirlər.

V.Zeynalov, B.Hüseynov, A.Mustafayev, E.Məmmədov, M.Məmmədov, O.Rüstəmov, N.Məmmədov, S.Hümbətov, Q.Bəybalayev Cinayət Məcəlləsinin 179.3.1-ci (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 29, 179.3.1-ci (mənimsəmə və ya israf etməyə cəhd, mütəşəkkil dəstə tərəfindən törətməyə cəhd), 29, 179.3.2-ci (mənimsəmə və ya israf etməyə cəhd, külli miqdarda törətməyə cəhd),308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), C.Cəfərov 179.3.1-ci (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) və B.Vəliyev isə 179.3.1-ci (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), 213.2.2-ci (vergi ödəməkdən yayınma, külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunurlar.

“Aztelekom” MMC epizodu üzrə ifadə verən Rabitə və Yüksək Texnologiya Nazirliyinin həbsdə olan sabiq aparat rəhbəri Vidadi Zeynalov MMC-nin direktoru Məhəmməd Məmmədovla üzləşib.

Lent.az-ın ittiham aktına istinadən məlumatına görə, sabiq aparat rəhbəri 02.11.2015-ci il tarixli ifadəsində göstərib ki,  “Aztelekom” MMC Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin strukturuna daxil olan təşkilatlardan biri olub: “Nazir Əli Abbasov tərəfindən “Aztelekom” MMC-nin baş direktoru Məhəmməd Məmmədova tapşırıq verildi ki, hər ay, yəni 2009-cu ildən başlayaraq ayda onlara 500.000 manat pul verməlidirlər. Ona görə də 2009-cu ildən başlayaraq “Aztelekom” MMC-dən aylıq “stabil” olaraq ona 500.000 manat pul gətirilib verildi. Həmin pulu ya Məhəmməd Məmmədov özü, ya köməkçisi Qulu və ya onun baş mühasibi Oktay Rüstəmov gətirirdi. Qulu çox az-az gəlirdi, belə ki, Məhəmmədin işi olduqda Oktay, olmadıqda pulu Qulu gətirib verirdi. Hər ayın sonunda, bir qayda olaraq ayın 28-dən növbəti ayın 2-3-nə kimi olan müddətdə “Aztelekom” MMC-nin baş direktoru Məhəmməd Məmmədov nazir Əli Abbasovun qəbuluna gedib, birliyin gəlirləri, verəcəyi pulun miqdarı barədə onu məlumatlandırırdı. Bildiyimə görə, birliyin direktoru nazirə gəlirlərini və gətirilib veriləcək məbləği bildirirdi. Çünki birliyin direktoru nazirin qəbulundan çıxandan sonra mənim yanıma gəlib nazirlə görüşdüyünü və birliyin baş mühasibi Oktayın mənimlə əlaqə saxlayacağını deyirdi. Bundan sonra isə birliyin baş mühasibi Oktay Rüstəmov  zəng edib gəlmək istədiyini bildirir və razılıq verdikdən sonra çanta ilə yanıma gəlib yuxarıda qeyd etdiyim miqarda pulu verirdi. Heç vaxt gətirilən pulları saymamışam, çünki onlar ”paçka” şəklində və bağlanmış vəziyyətdə olurdu və pulun məbləğinin düz olduğuna inanırdım”.

 

V.Zeynalov ifadəsinin ardında bildirib ki, 2009-cu ildən başlayaraq 2013-cü ilin aprel ayına kimi “stabil” olaraq “Aztelekom” MMC-dən aylıq 500 min manat pul gətirilib. 2014-cü ildən başlayaraq isə mənə  aylıq 200.000 manat pul verilirdi. “Aztelekom” MMC-nin baş direktoru Məhəmməd Məmmədova bizə verdiyi pullardan başqa aylıq 50.000 manat pul qalırdı. Eşitdiyimə görə, Məhəmməd Məmmədov baş mühasibi Oktay Rüstəmova aylıq 3000 manat, köməçisi Quluya 1000 manat, digər müavinlərinə isə aylıq 1000-2000 manat arası pul verirdi. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin digər struktur qurumları kimi “Aztelekom” MMC də əsasən kabel çəkilişi, avadanlıq alınması, binaların təmir edilməsi və s. xərcləri müvafiq sənədlərdə yüksək göstərilmək yolu ilə əldə etdiyi vəsaitin bir hissəsini mənə verirdi. “Aztelekom” MMC-nin tabeçiliyində olan Telekommunikasiya qovuşağından 2009-2015-ci illər ərzində vəsaitlər köçürülmüş “Qafqaz-S İnşaat” MMC nazir Əli Abbasovun qaynı Elçin İbrahimova məxsus olub”.

 

İbtidai istintaq zamanı ifadələr arasında ziddiyyətlər olduğundan iş üzrə təqsirləndirilən “Aztelekom” MMC-nin sabiq baş direktoru Məmməd Məmmədov və nazirliyin sabiq aparat rəhbəri Vidadi Zeynalov arasında  üzləşmə aparılıb. Üzləşmə zamanı Vidadi Zeynalov bildirib ki, Məhəmməd Məmmədovun dedikləri ilə razıdır, əlavə ifadə vermək istəmir.



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə