Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Rusiyadan Azərbaycana banderol QADAĞASI
Rusiyadan Azərbaycana banderol QADAĞASI
25 Noyabr 2016 / 15:56 / Baxış sayı: 842
Font1 Font2 Font3 Font4

Rusiyanın poçt xidmətləri Azərbaycana bağlama göndərməkdən imtina edir. Poçtlar bağlamaların Azərbaycan gömrüyündə açıldığını, daha sonra isə əksəriyyətinin geri qaytarıldığını əsas gətirərək, bu addımı atır.
Bu səbəbdən bir neçə poçt xidməti Azərbaycana göndərilən bağlamalara cavabdehlik daşımadığını, bəziləri isə qeyri-rəsmi şəkildə imtina etdiklərini deyir.
Sayta Rusiyadan onlayn məhsul sifariş etmiş şəxsə gələn elektron məktubun bir nüsxəsi göndərilib. Məktubda sifariş qəbul edən şirkətin əməkdaşı poçtların Azərbaycana bağlama göndərən şəxslərə xəbərdarlıq etdiyini yazıb.
Bildirib ki, poçtda ona Azərbaycanın gömrük işçilərinin bağlamaları açdığı və geri qaytardığı deyilib. Bu səbəbdən də sifarişi göndərməyib.
Məsələ ilə bağlı “Azərpoçt”dan bildiriblər ki, gömrük işçilərinin bağlamaları açıb baxmaq kimi səlahiyyətləri var və bu, qanunla tənzimlənir: “Onların bağlamaya açıb baxmaq hüququ var. Bəlkə, bomba göndəriblər? Əgər bağlamadakı gətirilməsi qadağan olunmayan bir məhsuldursa, o zaman heç bir problem yaşanmır və geri qaytarılmır. Bu gün Rusiyadan Azərbaycana bağlamalar gəlir”.
“Hansı məhsullar geri qaytarılır?” sualına isə cavab belə olub: “Müəyyən bir siyahı var. Bu, tək Azərbaycanda deyil, hər bir ölkədə mövcuddur”.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə