Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Seyran Ohanyan yeni partiyanın qurultayında çıxış edəcək
Seyran Ohanyan yeni partiyanın qurultayında çıxış edəcək
10 Dekabr 2016 / 12:50 / Baxış sayı: 1406
Font1 Font2 Font3 Font4

Ermənistanın keçmiş müdafiə naziri, aprel döyüşlərində erməni ordusunun aldığı zərbələrin doğurduğu siyasi nəticələrə görə vəzifəsindən azad edilən Seyran Ohanyan aktiv siyasi fəaliyyətə keçmək üçün hazırlıqlar görür.
Virtualaz.org xəbər verir ki, Ohanyan dekabrın 23-də Ermənistanda təsis ediləcək yeni siyasi partiyanın-“Üçüncü respublika”nın qurultayında çıxış edəcək. Bu haqda “Jamanax” qəzeti yazıb.
Qəzetin yazdığına görə hələ yeni partiyaya kimin rəhbərlik edəcəyi məlum deyil. Ola bilsin partiyaya Viktor Dəlləkyan, yaxud Seyran Ohanyan özü başçılıq edəcək. Hazırda Ohanyanın arvadı Ruzanna Xaçatryan yeni partiya quruculuğu işində fəal iştirak edir. Ohanyanın partiyasının Sərkisyana müxalifətdə olacağı gözlənilir.
arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə