Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Sabirabadın icra başcısı müxalifətçilərə niyə vəzifə verir?
Sabirabadın icra başcısı müxalifətçilərə niyə vəzifə verir?
10 Dekabr 2016 / 13:39 / Baxış sayı: 3032
Font1 Font2 Font3 Font4

Son aylar Sabirabadın icra başçısı Nazim İsmayılov rayonda qeyri-adi və daha çox siyasi kadr dəyişiklikləri ilə yadda qalır.  Belə ki, radikal müxalifətçilər sayılan Cəmil Həsənlinin, Pənah Hüseynin dostları, yaxın qohumları ciddi vəzifələrə gətirilir.

arxiv.bizimxeber.az-ın elektorn ünvanına göndərilən məktublarda maraqlı faktlar yer alır.

Belə ki, 63 saylı seçki dairəsinin 6 saylı məntəqəsində Cəmil Həsənlinin müşahidəçisi, Pənah Hüseynin vəkili Ağayev Azər Mirələm oğluna rayonun Səməd Vurğun adına şəhər orta məktəbində təsərrüfat işləri üzrə direlktor müavini vəzifəsi verilib.

Bu ilin aprelində isə onun həyat yoldaşı Könül Əsədova isə Nizami Gəncəvi adına şəhər məktəbinə direktor təyin edilib. Onlar Sabirabad 12 saylı regional maliyyə mərkəzinin müdiri Elxan Əsədovun qızı və yeznəsidir. Bu gün də dövlətə arxa çevirən bu müxalifətçilərə rayonun icra başçısı Nazim İsmayılov himayədarlıq edir.

Maraqlıdır ki, Nazim İsmayılovda müxalifət sevgisi hardan qaynaqlanır?

Birincisi, Göyçaylılar deyirlər ki, onun kariyera tarixində müxalifətin də payı var.  AXC-Musavat hakimiyyəti dövründə müxalifətçiləri məmnun edib və nəticədə onu xeyli müddət rayon icrayiyyə komitəsinin sədri işlədiblər.

Məlumatda qeyd olunur ki, Elxan Əsədov bu ilin yanvarında Sabirabadın təhsil üzrə 12 saylı regional (Sabirabad, Saatlı, İmişli, Beyləqan) maliyyə mərkəzinin müdiri gətirilib. Özü də 65 yaşlıları yola  salmaq əvəzinə bunu 65 yaşı olmasına baxmayaraq bəh-bəhlə vəzifəyə qoyublar.

O BHC691766 nömrəli saxta ali təhsil diplomu da ələ keçirib, guya qiyabi yolla Rusiya Humanitar İnistitunun Bakı Filialında təhsil alıb. Bir maraqlanan yoxdur ki, bu şəxs nə vaxt bu qondorma məktəbdə oxudu? Nə vaxt sesiyalara getdi? Bu barədə bircə sənəd belə ortalığa qoya bilmirlər.

Deyilənə görə 80 min verərək Elxan Əsədov mərkəz müdiri təyin olunub. Başçıyla teta-tet söhbətində sözarası  qızını da direktor etmək istədiyini eşitdirib.  Məşhur filmdə deyildiyi kimi “30 min də üstünə qoymaqla” onun razılığını aldıqdan sonra qızı Könülü Nizami Gəncəvi adına şəhər 5 saylı orta məktəbə yarımştatlı “zavuç” qoyublar. Bu ilin martında isə direktor təyin ediblər.

Bu gün camaat təccüb içərisindədir. Necə olur ki, müxalifətçilər ailəsi vəzifəyə gətirilir? Saxta diplomlu, yaşı 65-i haqlamış birisi və onun qızı və qatı müxalifətçi yeznəsi Azər Ağayev Yeni Azərbaycan Partiyasında can qoyanlara yandı-yandı verirlər.

Azər Ağayevi S.Vurğun adına 3 saylı məktəbə təsərrufat işləri üzrə direktor muavini teyin etdikdən 1 ay sonra lap ağ olar deyib qorxularından işdən çıxardılar. Çünki artıq bütün bu faktlar barədə ölkə rəhbərliyinə teleqramlar vurulurdu. Mətbuatda məqalələr dərc olunurdu.

Elxan Əsədov və qızı öz müxalifətçiliklərini gizlətmək üçün bu ilin may ayında YAP sıralarına keçdilər. Təbii ki bunu Nazim İsmayılov məcbur etdi. Çünki o da möhkəm qorxuya düşmüşdü. Baxın və düşünün Sabirabadda nələr baş verir. Belə çıxır ki, icra başçısının sayəsində Sabirabadda hakimiyyət dəyişir. Elxanın qızı Könülün psixi pozgunluqdan əziyyət çəkdiyi faktdır. O psixi xəstəlikdən əziyyət çəkdiyi üçün yuxu gətirici həblər qəbul edir. Şəkildə gördüyünüz kimi Könül xanim dövlət əhəmiyyətli tədbirlərin birində yatıb. Bu isə misli görünməmiş biabrçılıqdır.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə